Ceylan Mumoğlu

Ceylan Mumoğlu
@CeylanMumoglu
Ancak Birlik hali ve ayrılık hali Bir ve aynı olduğunda, bu Birliktir. instagram @mumogluceylan
Yazar - https://1000kitap.com/yazar/ceylan-mumoglu/kitaplar
Yüksek okul
İstanbul
Azerbaycan
476 okur puanı
Mayıs 2016 tarihinde katıldı

Ceylan Mumoğlu

, bir kitap okudu
Puan vermedi·100 syf.··
2020 44. kitabı
Uraqan
8.9/10 · 230 okunma
Reklam
8/10
·272 syf.··
2020 43. kitabı
·
10 günde okudu
·
Okunma: 01 Haziran 2020 15:55
«Qətl günü» Azərbaycan xalqının üç əsrdə keçdiyi tarixi yol bədii idrak işığında ümumiləşdirilir. Və ona görə yox ki, romanda Şərq tipi daha üstündür, mifoloji ünsür romanın canına-qanına hopub. Başlıcası, o səbəbdən ki, bu əsərdə milli dastançılıq və romançılıq ənənələri də üzvi şəkildə qaynayıb-qarışır. Yəni «Qətl günü» əlahiddə meydana çıxan , necə deyərlər, havadan yaranan əsər deyil. Ənənə üstündə yaranan, ancaq bu ənənələri fövqəladə dərəcədə , misilsiz bədii ustalıqla NOVATORLUQ mislinə yüksəldən «Qətl günü» məhz buna görə səksəninci illər Azərbaycan ədəbiyyatının ən uğurlu ədəbi hadisəsinə çevrildi. ceylanmumoglu.com/article/yusif-s...
Edebiyat
Qətl GünüYusif Səmədoğlu · Qanun Nəşriyyatı · 2014161 okunma
8/10
·360 syf.··
2020 41. kitabı
Mәn heç zaman yaşıl ağaclar altından әli baltalı keçmәdim – düşündüm: qәfildәn diksinib quruya bilәr ağaclar...” Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” romanının hər üç bölümünün başlanğıcındakı “düşündüm” kəlməsinə diqqət edib düşünməyə başladım. Romanı oxuduqca hafizəmə həkk olmuş hansı romanlarla qarşılaşdırma olmadı ki? Beynimin bu özəllliyinə çox zaman əsəbiləşsəm də, işimə yaradığını da etiraf etməliyəm. Bir də görürsən, əsərin ən maraqlı yerində sanki idarəsiz maşın kimi öz bildiyini edir, olaylardan ayrılıb həmin olaylara uyğun gördüyü başqa romana, başqa nağıla gedir. Ayılıram ki, olduğum yerdən qopmuşam. “Lənət şeytana” deyib, qayıdıram oxuduğum yerə, bilmirəm, özümü danlayım, ya beynimi. Kor-peşman qaldığım yerdən davam edirəm. Onu deyirdim, axı, “düşündüm” kəlməsinə diqqət kəsilmişdim. Beynim də məni Tolstoyun “İvan İliçin ölümü” əsərinə aparıb çıxarmışdı. Qəhrəmanların həyat hekayələrini, başlarına gələnləri bir-bir tutuşduraraq elə hey təsdiqləməyə çalışırdı: “Bax da, özün də bax, görmürsən, Buludla İvan bir-birlərinə necə bənzəyirlər”. Soruşuram: “Hansı oxşarlıq tapmısan yenə qəhrəmanlar arasında?” Ərinmədən bir-bir xırdalayır hamısını: “Hər ikisi çarəsi olmayan, sağalmaz bir xəstəliyə düçar olublar, düzdür?” Təsdiqləyirəm ki, elədir. “Xəstəlikləri hər ikisinin ətrafında baş verənləri daha aydın görüb dərk etməyə kömək edir. Ailə üzvlərinin ikiüzlülüyü, insan və cəmiyyət problemi, cəmiyyətdəki çatışmazlıqlar. Varmı, yoxmu?” Deyirəm, var. “Hər iki romanın sonunda qəhrəmanlar...” Burda əməllicə əsəbiləşirəm artıq. “Sus, bir kəlmə də etsən, ipucuna görə iş yoldaşını qətlə yetirmiş alim kimi səni də yox edəcəm!” Yazının devamı: ceylanmumoglu.com/article/zahid-s...
Edebiyat
Dərdin Sarı ÇəpkəniZahid Sarıtorpaq · Qanun Nəşriyyatı · 20177 okunma