--Yanılırsan ,-dedi,-Tanrı mərhəmətdən və şəfqətdən daha böyükdür. Təbii ki,şiddət və cəzadan da. Onda hər şey var,onda her şey birdir. Bir olmaq -çox olanı bir vücudda toplamaq deməkdir,amma fərqlilikləri silmədən ,eyniləşdirmədən ,bir-birinə bənzətmədən .Çünki yaradılışın bir mənası,bir zərurəti var.Əsas məsələ Tanrının nə olduğu deyil,bizim onda nə gördüyümüzdür .Sevgi dolu insanlar mərhəməti görür ,zalım olanlar isə şiddəti .Zəkali olanlar ağılı, səfehlər isə kor inancı. Alimlər elmi,cahillər möcüzəni..