Qəlbi günahkar saymaq sentimental fırıldaqdan başqa bir şey deyil. Tamam başqa şeyin adını qəlb qoymağa dəyməz. Bizim qəlblərimiz yalnız şüurun icazəsiylə dillənir.
Onda sən öz əlindən əsəbiləşmişdin, şüurun qəlbinlə utandırıcı ziddiyyətə girdiyindən, daha doğrusu, əgər belə demək mümkünsə, duyğusallığından acı dərdini bir biyabırçılıq sayırdın.
Hə, bir dənə çay hazırla, lap yerinə düşər. Çay adamı dirildir, amma eyni zamanda, həm də sakitləşdirir, vaxtında içdiyin bircə stəkan çay adamı soyuqdəymədən də qoruyur.
Onda içində iki arzu çarpışmağa başlayırdı və hansının üstün gəlməsindən asılı olaraq, o ya qalırdı ki, Kenin yanında əzab çəksin, ya da gedirdi ki, təklikdə acı göz yaşları axıtsın...
Almaq, bəlkə də oğurlamaqdan yaxşıdır, amma bir o qədər də yox, çünki on üç - on beşinci asrlərə aid olan hər şey Amerikada yamaq kimi görünür, heç yeri yoxdur deyə, elə bil lap oğurluqdur...