İçində böyüdüyüm dünya ilə, bu gün içində yaşadığım dünya və bunların ikisi arasındakı dünya mənim anlayışıma görə tamamilə fərqli dünyalara çevrilib, get-gedə bir-birindən ayrılırdılar.
Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar bir tilsimdir. Hərcayi ehtirasın hökmü ilə o tora düşməyə məhkum edilən günahsız müqəssirlər sonradan iztirabları, işgəncələri görcək, oradan yaxa qurtarmağa can atsalar da, bacarmırlar.