Nəzrin Fərhadlı

Nəzrin Fərhadlı
İçində böyüdüyüm dünya ilə, bu gün içində yaşadığım dünya və bunların ikisi arasındakı dünya mənim anlayışıma görə tamamilə fərqli dünyalara çevrilib, get-gedə bir-birindən ayrılırdılar.
“Məyus olmaq, iztirab çəkmək ehtiyacı
8/10
·376 syf.··
2023 1. kitabı
·
24 günde okudu
·
Okunma: 09 Ocak 2023 11:55
-böyük itkilərə məruz qalan adamlarda çox vaxt belə hal olur.” Və bu məyusluqdan qüvvətli etiraz yarana bilər. Hansı ki, mənsub olduğu yaşamından ayrılmış Nelli, iztirablı həyat yaşamış balaca qızcığaz, həyata tutunmaq üçün bu etirazından bərk yapışmışdı. Sevginin necə göstərildiyini yaxud ifadə edildiyini bilmədiyi üçün emosiyaları tez-tez dəyişir və ətrafı tərəfindən anlaşılmayan bataqlığa qərq olurdu. Yazar, onun keçirdiyi emosiyaları o qədər aydın verib ki, əslində onun keçirdiyi hallar gözümün önündən getmirdi. •Təbii ki, bu məyusluq burda bitmir, həyatını sevgi üzərinə məhv edən Nataşanın etirazı isə öz daxili aləminə, öz qəlbinə səslənirdi. “Eşqə düşməzlər, ucalarlar”- deyirlər, amma ya ucalmaq əvəzinə düşməyi gözə alıbsa, bəs onda necə? Hansı daha qüvvətlidir? Öz-özlüyündə yaşadıqlarını sorğuya çəkən Nataşa, insanların sevdiklərini necə öz mənafeləri üçün qurban verdiyini, xoş təəssürat yaratmaq üçün nələrdən keçdiyini anladıqdan sonra qəlbinə hakim kəsilir..) •Basqalarının həyatına özündən çox müdaxilə edən yazar İvan isə, sevgili məhbubunun xoşbəxt olacağını zənn edərək, onu sevdiyi adama getməsinə razı olur. Buna baxmayaraq, onun daima yanında olur və hadisələri onun dilindən oxuyuruq. Bəzən xoşbəxtlik sənin gözünün qarşısında olur amma sən qəlbinə məğlub olduğun zaman bu qapıdan uzaqlaşırsan, bəzənsə tam tərsi olur. Buna qismət də deyə bilərik, taleyin bir oyunu da. •Oxuduğum zaman düşünürdüm ki, görəsən əsər insanların sosial mənafeyi olaraq alçalmasınımı nəzərdə tutub, yoxsa, daxili mənliklərinin yox olması ilə mi? Hər ikisi məncə daha uyğundur. Daxili mənliyi olmayan kynazın mənafeyi uğrunda, işıqlı həyat yolu gözləyən insanların həyatına zülmət pərdəsi enmişdir. Mövzusu müasir dövrümüzdə hələ də aktualdır. Dostoyevskinin toxunduğu psixoloji nüanslar
Kitap Yorumu
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Şərq-Qərb Nəşriyyatı · 200723,8bin okunma
Reklam
Düşünərək yaşayanlar üçün
Puan vermedi·264 syf.··
2022 32. kitabı
·
9 günde okudu
·
Okunma: 16 Aralık 2022 22:45
həyat iztirablarla dolu hekayələrə çevrilirdi. Bir-birinin eyni olan günlərin fərqli yerdən iztirab gətirməsi boyayırdı rəngli səhifələri qaraya.. Xalqımın repressiya illərində çəkdiyi ağrılı hadisələrindən biri olan “Aljir”, yaşamaq ümidinin əlindən alındığı ziyalılarımızın ailə üzvlərinə, xanımlarına, elimizin qadınlarına həsr olunub. Əsərin verdiyi təsiri sözlərə sığdırmağı bacarmaram. Qara siyahıya bəyaz rənglə adları yazılan düşünən beyinlərimizin qara taleyləri onları Qazaxıstanın Alkmol düşərgəsinə apardı. Əslində həyatın mənası, yaşamaq duyğusu burda sorğulandı: “Arzulamaq və iztirab çəkmək üçün yaşamaq istəyirəm...” İztirab çəkən qadınlarımızın başına olmazın bəlaları gəlir və düşünürəm ki, yazarın yazdığı özbaşınalıqlar, yaşanan həyat hekayələri buz dağının sadəcə görünən bir parçasıdır.. Emosiyalarıma hakim ola bilmədiyim, ağladığım və bəzən də oxumağa ürək etmədiyim bir əsər idi, gec bitirməyimə səbəb məncə budur. Övladı əlindən alınmış ananın həyatı necə yaşamağa dəyər ola bilər ki? Hətta gələcəkdə övladından “xəyanətkarlıqda günahkar” damğalı məktub almışsa ? Necə deyərlər, yaşamağın intihar olduğu yerdə, intihar lüzumsuz qalıb.. ALJİR – Siyasi Repressiyalar və Totalitarizm Memorial Kompleksi 2007-ci il mayın 31-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə açılıb və fəaliyyət göstərir. 17 min günahsız məhkumluq həyatı yaşayan qadınlardan 44nün azərbaycanlı olduğu məlumdur. Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba qızlar seminariyasının rəhbəri Sənubər Eyyubova və onlarla ziyalı qadın bu amansız siyasətin qurbanları olmuşlar.. @ÜlviyyəTahirə yaradıcılığında uğurlar arzulayır, tarixi səhifələrimizə işıq saldığına görə təşəkkür edirəm.
Tarih ve Siyaset
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019271 okunma
Puan vermedi·352 syf.··
2022 31. kitabı
·
5 günde okudu
·
Okunma: 07 Aralık 2022 14:31
Alqış sədaları hələ də Orxanın qulaqlarında guruldayırdı.. Lenoid Brejnevin müəmmalı ölümü üzərinə qurulan dedektiv-macəra və bir az da romantizm olan axıcı bir roman. Romanında Brejnev kimi Rusiyanın bir sıra tarixi şəxsiyyətlərini mövzu seçən yazarımız, siyasi düşüncələrini də əks etdirmişdir. Tarixi oxumağı sevən biri olaraq, mənim üçün olduqca axıcı və maraqlı idi. Çox təəssüflənirəm ki, bu əsər çox az oxucu tərəfindən oxunur. Onu da bildirim ki, kitabdan çox maraqlı film çəkmək olardı.. Əsərdə ən çox bəyəndiyim xüsusiyyət, yazarın azərbaycanlı mədəniyyətini, qadına hörməti dialoqlarda maraqlı, bəzən də gülüş yaradan motivlərdən istifadə etməsi oldu. •Brejnevin müəmmalı ölümü barədə gündəmə gələn jurnalist Orxanın gerçəyi ortaya çıxarmaq cəsarəti və amerikalı polis Nani Midlerin həyatda özünü doğrultma mübarizəsi məni əsərə bağlayırdı. Yazarın qələmindəki doğmalığı çox hiss edirdim. Qətiyyən plagiat və s. kimi ünsürləri olmadığı üçün daha da məmnun oldum. (Təəssüflə qeyd edirəm ki, bəzən müasir yazarlarımızdan bu halla rastlaşırıq) ~Əsəri kitabxanaçının tövsiyəsi ilə oxudum və məmnun qaldım. Düzünə qalsa, əsərin sonunda bir Azərbaycanlı kimi qəbul etmədiyim nüans oldu. Bu haqda müəlliflə danışacağam. :) 23 dekabr yazar ilə görüş olacaq, müəllifə maraqlı suallar verməyi düşünürəm. Xoş mütailələr.
Kitap Yorumu
Havay TətilləriƏyyub Qiyas · Qanun Nəşriyyatı · 20217 okunma
“Dərdi də dərmanı da yaradan odur.”
Puan vermedi·268 syf.··
2022 29. kitabı
·
6 günde okudu
·
Okunma: 23 Kasım 2022 20:03
Axillesin oxu kimisə yaralayanda həmin ox həm də yaranı sağaldır.. Həyatımızda qarşımıza çıxan problemləri, acıları isyankar bir tonla qarşılayarıq. Amma xoş və gözəl hadisələlə rastlaşdıqda o anın sevincini yaşayarıq, "isyan etmə" durumu ağlımıza belə gəlməz. Yazar, oxucunu xoş xatirələrlə dolu cığırla, acı gerçəyə doğru aparır. Həyat hekayələrini, insanların yaşantılarını və xüsusən də hadisələrə qarşı düşüncələrini çox maraqlı hesab edirəm. Bu roman da bu tərzdə idi, lakin yazarın pessimist düşüncə tərzi və insanların bir-biriləri haqqında amansız düşüncələri məndə qəribə hisslər oyatdı : “ ... bəzən səmimi-qəlbdən deyilən sözlərdə çirkin niyyətlər olur.” Mən kitab oxuyarkən yaxud seriallarımı izləyərkən onların düşüncə tərzində düşünməyə başlayıram. Bu mənə hadisələrə daha yaxından baxmağımı və kitabın (filmin) təsirini daha da güclü hiss etməyə kömək edir. Don Kasmurro'da isə insanlar barədə qəlbimdə mənfi emosional düşüncə yaranırdı. Hadisələrə qarşı daha amansız düşüncə qururdum daxilimdə. Ancaq əsəri bitirdikdən sonra bu emosiyanın xəyanətdən doğan ağrı, acı olduğunu anladım. “Əlimdə zəhər özümü o qədər xoşbəxt hiss etdim ki , sanki mən lotoreyada uduşlu bilet qazanmışdım. Bəlkə, ondan da böyük bir uduş idi, çünki lotoreyadan uduşu xərcləmək mümkündür, ölüm isə həmişəlikdir.” Düşünürəm ki, əsərdə yalnız pessimist düşüncə yox, insanı həyata döndürmə mübarizəsi verən qəhrəmanımızın optimist fikirləri də yer alırdı. Başlığı da bu fikirlərdən biri ilə açmışam. «Leytenantdan imperatorluğa qalxmağa nail olan Napaleonyn timsalında görürük ki,həyatda hər şey mümkündür.» Əsərdə ən çox bəyəndiyim saf sevgi hissləri və düşüncələri, yazarın incə nüanslara, toxunuşlara önəm verməsi oldu. O məni çəkdiyim əzablara görə sevirdi, Mən isə onu -bu əzablara can yandırmasına
Kitap Yorumu
Don KasmurroMachado de Assis · TEAS Press · 201977 okunma
Puan vermedi·304 syf.··
2022 28. kitabı
·
7 günde okudu
·
Okunma: 14 Kasım 2022 20:29
Hər kəsə salam. Psixoterapiya ilə bağlı oxuduğum ilk kitab idi deyə bilərəm. Gəlin psixoterapiya nədir ? sualına google qardaşın köməyi ilə baxaq ; Psixoterapiya- psixoloji üsullar və metodlar vasitəsilə həyata keçirilən müalicədir. Psixoterapiya prosesində pasiyent öz emosiyalarını tənzimləməyin yeni vərdişlərinə yiyələnir, stress vəziyyətlərinin nəticələrini aradan qaldırmağı öyrənir. Kitab haqqında fikirlərimi, günlük yaşantımıza uyğunlaşdıraraq izah etməyə çalışacam.. U.Uinnikot belə bir dərin mənalı müşahidəsində qeyd etmişdir : “Yaxşı və pis analar arasındakı fərq, səhv etməməsində deyil, onların bu səhvlərlə nə etməsindədir.” √Hər kəs səhv edə bilər, bu təbii bir prosesdir. Ancaq səhvlərinizi qəbul edərək, bunu etiraf etsəniz daha yaxşı nəticəyə müvəffəq olmaq olar. •“Burada və indi ” konsepsiyasını həyat tərzinizə çevirin. Soruşa bilərsiniz bunu necə həyata keçirmək olar? √Əhatənizdə olan insanlarla qrup söhbəti edərək yaxud da özünüzü qiymətləndirmə həyata keçirdiyiniz hər vaxt indiki zamana, fokuslana bilərsiniz. "Bu an, bu gün bir də heç vaxt olmayacaq " düşüncəsini tez-tez xatırlayaraq. Qrup söhbətlərində isə hər bir qrup üzvünə sizin haqqınızda (hərəkət, jest,mimika, danışıq tərzi və s.) məlumat verməsini istəyərək. Bu sizə özünü dərk etməyə də kömək edəcək. Çox sevdiyim bir youtube'rin psixoloqu belə bir ifadə işlədibmiş : «You are not the past. You are awareness at what is here and now.» «Sən keçmiş deyilsən. Sən sadəcə olduğun yerin və indiki anın fərqindəsən.» • “O hissəciyi tap”. Əgər ünsiyyət qurduğunuz insanın gizli etirazını yaxud da müqavimətini qırmaq, həyatı "ağ-qara" tonlarda yox "boz çalarları" da göstərmək istəyirsinizsə istifadə edə bilərsiniz. Nümunə olaraq depressiv bir insana pozitiv yanaşma vermək istəyirsiniz : -“Mən anlayıram
Kitap Yorumu
Psixoterapiya VergisiIrvin D. Yalom · Qanun Nəşriyyatı · 202136 okunma
Reklam