Səməd İmran

Səməd İmran
@Detective15
Kitab sevər müəllim.
Ədəbiyyat müəllimi
Azərbaycan dili və Ədəbiyyat
Bakı
Bakı, 30 Mayıs 1990
59 okur puanı
Haziran 2023 tarihinde katıldı
Məhsuliyyət
Əziz Qənbərov Vicdanın Köməyi Məhsuliyyətli adamlardan tələb olunan halda, məhsuliyyətsiz adamlara güzəşt olunur. ✍🏻 Əziz Qənbərov
Felsefe ve Düşünce
Reklam
GÖZ QABAĞINDA
Eşitmək bir yana, gördüm inandım, Oyaqdım, amma mən bir də oyandım. Əvvəlcə bilmədim, həqiqi sandım, Yalanla, həqiqət göz qabağında. Həyat cavablamaz sual-sorğumu, Uyduran tapılmır mənim doğrumu. Sevgi də isitmir donan ruhumu, Soyuğam, yanmıram köz qabağında. Sözümün həddi var, çox az dinlənər, Qanmayan yalnızca gülüb, şənlənər. İstəyən ya əyri, ya düz yönlənər, Hər kəsin öz yolu, öz qabağında. Gizlənən kəlməmin vaxtı var hələ, Alışıb yandırar, döndərər külə. Ən qəddar, ürəyi daş olan belə, Sarsılar kəsərli söz qabağında. Əziz Qənbərov Əziz Qənbərov
Şiir
Zaman
Əziz Qənbərov Vicdanın Köməyi İndi tək qorxum gələcəkdə keçmişin daha şükürlü olması ehtimalıdır. ✍🏻 Əziz Qənbərov
Mərdiməzarlıq şüurlu hərəkət deyil, heyvani instinktin göstəricisidir. ✍🏻 Əziz Qənbərov Əziz Qənbərov
İnsan ve Duygular
SUSMAYAN SÜKUT
Səs-səmir içində bir sükut yatır, Onun oyanışı küydür, haraydır. Dinməz imdadına cəsarət çatır, Zülmü qabaqlamaq mərdliyə taydır. Deyəsən susmaqla elə hey çəkir.. Həyasız önündə qorxu səddini. İntiqam gözləyir, haqqa and içir, Zalıma düşməndir, bilsin həddini. Susmasın, danışsın haqqın naminə, Dinsin ki, cəhalət yerlə bir olsun. Boğulan haqq üçün ədalət dinə, Vicdanla birlikdə nizamı qursun. Qulaqlar dinləsin danışır sükut, Kiriyən səssizlik daha susmadı. Haqqını cahana eyləyib sübut, Azadlıq hayqırıb, çıxdı fəryadı. Əziz Qənbərov Əziz Qənbərov
Duygu ve Düşünce