Səməd İmran

Səməd İmran
@Detective15
Kitab sevər müəllim.
Ədəbiyyat müəllimi
Azərbaycan dili və Ədəbiyyat
Bakı
Bakı, 30 Mayıs 1990
59 okur puanı
Haziran 2023 tarihinde katıldı
10/10
·508 syf.··
Beğendi
·
2025 1. kitabı
·
3 günde okudu
·
Okunma: 09 Mart 2025 03:14
Çox nadir hallarda belə bir janrda kitab oxuyardım. Başlamamışdan qabaq düşünürdüm 507 səhifəni belə bir mövzuyla necə oxuyacam. Ancaq necə oldusa bu gün baxıram kitabın son səhifəsini vərəqlədim. Bu janrda oxuduğum ən maraqlı romandı desəm yalan olmaz. Möhtəşəm kitabdır.
Sənə qovuşanadəkJudith McNaught · Yay Neşriyat · 09 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅

Səməd İmran

, bir kitap okudu
10/10
·508 syf.··
Beğendi
·
3 günde okudu
·
Okunma: 09 Mart 2025 03:14
·
2025 1. kitabı
Judith McNaught
9.2/10 · 9 okunma
SUSMAYAN SÜKUT
Səs-səmir içində bir sükut yatır, Onun oyanışı küydür, haraydır. Dinməz imdadına cəsarət çatır, Zülmü qabaqlamaq mərdliyə taydır. Deyəsən susmaqla elə hey çəkir.. Həyasız önündə qorxu səddini. İntiqam gözləyir, haqqa and içir, Zalıma düşməndir, bilsin həddini. Susmasın, danışsın haqqın naminə, Dinsin ki, cəhalət yerlə bir olsun. Boğulan haqq üçün ədalət dinə, Vicdanla birlikdə nizamı qursun. Qulaqlar dinləsin danışır sükut, Kiriyən səssizlik daha susmadı. Haqqını cahana eyləyib sübut, Azadlıq hayqırıb, çıxdı fəryadı. Əziz Qənbərov Əziz Qənbərov
Duygu ve Düşünce
Xocalı fevrala qanla yazıldı
Əziz Qənbərov Fevralda soyqırım gördü Xocalı, Uşaqlı, qadınlı, həm də qocalı. Verməzlər silahsız xalqa macalı, Günahsız millətim o gün qırıldı, Xocalı fevrala qanla yazıldı. O soyuq gecədə ana fəryadı, Dəhşətlər içində görən dünyadı. Elə bil kabusa bənzər röyadı, Qorxudan körpənin bağrı yarıldı, Xocalı fevrala qanla yazıldı. Dünya kor olubdu yoxdu ədalət, Vəhşəti yaşatdı o gün cəhalət. Qeyrəti vardısa çəkər xəcalət, Körpəyə, uşağa məzar qazıldı, Xocalı fevrala qanla yazıldı. Əzəldən bilirik erməni kimdir... Ruslara əyilən yaltaq isimdir. Xocalı soyqırım qan tariximdir, İnsanlıq sifəti üzdən atıldı, Xocalı fevrala qanla yazıldı. Əziz Qənbərov
İnsan ve Duygular