Məktəbli illərim yada düşəndə,
Gözümdə elə bil nağıl canlanır.
Gecəni şipşirin yuxu bişəndə,
Oyanmaq zamanı nəşəm sonlanır.
Yol uzaq olsada heç yorulmadım,
Necə də doğmadır məktəbin yolu.
Cığırı düzüydü çox burulmadım,
Gedirdim dərsimə kürəyim dolu.
Unuda bilmərəm həmin anları,
Xatirə qalıbdır yaxşı-pis günü.
Dərs ilə tanıdım adlı-sanları,
Məktəbin təməli ağlımın yönü.
Vaxt necə keçibdir görə bilmədim,
Enərkən baxmadım zaman taxtıma.
Yadımda saxladım, heç nə silmədim,
O illər həkk olub uşaq vaxtıma.
Əziz Qənbərov
Əziz Qənbərov
Əziz Qənbərov Əvvəlində təməl olmadır ki, üzərində təzə icad inşa edilsin. Yeniliyi ancaq köhnə təməl üzərində qurmaq olar. Yenilik üstünə yenilik həyatın gedişini də sürətləndirər.
✍🏻 Əziz Qənbərov