Dilbər

Dilbər

, bir kitap okudu
Puan vermedi·344 syf.·
66 günde okudu
·
Okunma: 31 Mayıs 2025 00:00
·
2025 8. kitabı
Doğan Cüceloğlu
8.8/10 · 6,7bin okunma
Reklam

Dilbər

, bir kitap okudu
Puan vermedi·456 syf.·
836 günde okudu
·
2025 7. kitabı
Yuval Noah Harari
8.7/10 · 42,6bin okunma
Öz-özümüzü tanrı elan edən biz insanlar yalnız fizikanın qanunlarıyla hesablaşır və heç kəsin qarşısında məsuliyyət daşımırıq. Digər heyvanların həyatını dəhşətə çeviririk, planetin ekosistemini məhv edirik və bunun müqabilində sadəcə öz rahatlığımızı və əyləncəmizi düşünürük, üstəlik heç vaxt razı qalmırıq. Nə istədiyini bilməyən, narazı və məsuliyyətsiz tanrılardan daha təhlükəli nə ola bilər?
Orta əsrlər Avropasında zadəganlar öz pullarını laqeydcə ifrat dəbdəbəyə xərcləyir, kəndlilər isə hər qəpiyi sayaraq qənaətlə yaşayırdılar. Bu gün isə vəziyyət tam əksinədir: zənginlər öz sərmayə və sərvətlərinə böyük diqqət göstərir, az təminatlı insanlar isə kredit götürərək çox da ehtiyac duymadıqları avtomobillər və televizorlar alırlar
Hətta bitkilər və heyvanlar da mexanikləşdirildi. Homo sapiens humanist dinlər tərəfindən ilahi mərtəbəyə yükssəldilsə də, kənd təsərrüfatı heyvanlarına ağrı və kədər hiss edə bilən canlılar kimi deyil, faydalı maşınlar kimi baxıldı. Hətta bu gün heyvanlar fabrik şəraitində istehsal edilir, bədənləri isə sənayenin tələblərinə görə formalaşdırılır. Heyvanlar bütün həyatlarını konveyerin adi bir çarxı kimi keçirir və ömürlərinin uzunluğu şirkətlərin gəlir və zərərləri tərəfindən müəyyənləşdirilir. Onlar sənayeyə canlı, sağlam və yaxşı yemlənmiş halda lazım olduqda belə, əgər istehsal miqdarına birbaşa təsir etmirsə, bu heyvanların sosial və psixoloji tələbatlarına diqqət göstərilmir.
Reklam