Mr.Nobody

Yalqız və sakit qaldığımızda, qulağımıza nəsə fısıldanacağından qorxuruq, buna görə də sakitliyə nifrət edir və özümüzü insanlarla ünsiyyətə girərək karlaşdırırıq.
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Əski mütəfəkkirlər var gücləriylə xoşbəxtliyi və həqiqəti axtarmışdılar - lakin insan axtarmağa məcbur olduğu şeyi əsla tapmır - bu təbiətin qəddar qanunudur.
Bəs böyük insan nəyə görə tam tərsinə həyatı hiss etməyə, yəni həyatda açı çəkməyə bu qədər hərarətlə can atır? Çünki görür ki, onu özüylə bağlı aldatmağa çalışırlar və şəxsi mağarasından çıxarmaq üçün hansısa saziş bağlayıblar. Buna görə də müqavimət göstərir, dirəşir, qulaqlarını şəkləyir və qərar verir: "Mən yalnızca özümə aid olmaq istəyirəm!". Fəqət bunun nə qədər təhlükəli qərar olduğunu tədricən dərk etməyə başlayır. Çünki indi, dodaqlarında əcaib suallarla varlığın dərinliklərinə dalmalıdır: Nə üçün yaşayıram? Həyatdan hansı dərsi almalıyam? Necə oldu da indiki kimi oldum və nəyə görə bu naturamdan əzab çəkirəm? Özünə əziyyət verir və heç kimin özünə belə əziyyət vermədiyini, əksinə, əhatəsindəki insanların əllərini daha çox siyasi teatrda göstərilən uydurma hadisələrə qızğınlıqla uzatdıqlarını, ya da yüzlərlə maska taxaraq yeniyetmələr, kişilər, qocalar, atalar, vətəndaşlar, din adamları, məmurlar, tacirlər şəklində dolaşdıqlarını, daimi təlaşla özlərinin ortaq komediyaları barədə düşündüklərini və əsla fərdiyyətləri barədə düşünmədiklərini görür. "Nə üçün yaşayırsan?" sualına hamısı o andaca və qürurla “yaxşı vətəndaş, ya da alim, yaxud dövlət xadimi olmaq üçün" cavabını verəcəklər və onların əsla başqa bir şey olmaq ehtimalları yoxdur. Bəs nə üçün onlar məhz belədirlər? Ah, axı nə üçün daha yaxşı deyillər? Həyatını bir nəslin, bir dövlətin, ya da elmin inkişafı içində nöqtə kimi dərk edən və bu səbəbdən özünü bütünlüklə tarixi təşəkkül prosesinə aid edən insan varlığın ona verdiyi dərsi anlamamışdır və gərək onu başqa zaman öyrənsin. Bu əbədi təşəkkül prosesi, içində insanın özünü itirdiyi aldadıcı, yalançı bir kukla komediyasıdır; şəxsiyyəti hər yandan dağıdan əyləncədir, böyük uşağın zamanın gözümüzün önündə bizimlə oynadığı bitib-tükənməz gicbəsərlik
Həqiqi dostlara malik olan kəs, hətta ətrafındakı bütün dünya ona düşmən kəsilsə də belə, əsl tənhalığın nə olduğunu anlaya bilməz.
Bu həyatı bir az cəsurca, bir az təhlükəli, riski gözə alaraq yaşamalıyıq; ələlxüsus da bu həyatı, istər yaxşı, istər pis olsun, istənilən halda itirməyə məhkum olduğumuza görə. Nəyə görə bu torpaq parçasına, bu işə bağlanıb qalaq ki? Nədən qonşunun dediklərinə qulaq asaq ki? Burdan bir neçə yüz mil ötədəcə artıq öz məcburiliyini, işləkliyini itirən baxışlara bağlı qalmaq nə qaba bir əyalətçilik olardı!