Mr.Nobody

Zehin nəyisə anlamağın yalnız səssizlik olduğunda mümkün ola biləcəyini gördükdə səssiz olar. Səni anlamaq İstəyirəmsə səssiz olmalıyam, sənə qarşı bir reaksiya verməməliyəm, önyarğılı olmamalıyam, gəldiyim bütün nəticələri, təcrübələri bir kənara qoymalıyam və səninlə üz-üzə gəlməliyəm. Yalnız zehin şərtlənmələrdən qurtulduğu zaman anlaya bilərəm. Bu həqiqəti gördüyüm zaman zehin səssizləşir və o zaman "zehni necə sakitləşdirə bilərəm" problemi də aradan qalxar. Yalnız həqiqət zehni düşüncə yaratmaqdan xilas edə bilər; həqiqəti görə bilmək üçün zehin - qarşıdurma içində olduğu zaman anlayışın ola bilməyəcəyinin fərqinə varmalıdır.
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Özünü mülkiyyətlə müəyyən edən adam mülkdür, evdir, mebeldir. Eyni şeylər fikirlər və insanlara da aiddir; sahiblənmə olduğu zaman münasibət olmaz. Çoxumuz sahiblənirik, çünki sahiblənməsək heç bir şeyimiz olmaz. Əgər sahiblənməsək, həyatımızı mebellə, musiqi ilə, elmlə və başqa şeylərlə doldurmasaq içi boş qabıqlar olarıq. Və bu qabıq çox böyük səs-küy çıxarar və biz bunun adına həyat deyirik və bu bizi tətmin edir.
Ailə dediyiniz nədir? Açıq bir səmimiyyət, birlik münasibətidir. Ailənizdə ərinizlə aranızda birlik varmı? Münasibət deyərkən, hər halda bunu nəzərdə tuturuq, elə deyilmi? Münasibət - qorxu olmadan birlik, bir-birini anlama, doğrudan ünsiyyət qurma azadlığı deməkdir. Münasibətin mənası budur -bir başqasıyla paylaşım içində olmaq. Siz də eləsinizmi? Xanımınızla paylaşım içindəsinizmi? Bəlkə də fiziki olaraq eləsiniz, amma o münasibət deyil. Siz və əriniz bir təcrid divarının fərqli tərəflərində yaşayırsınız, elə deyil? Sizin də öz arayışlarınız, ehtiraslarınız var, onun da. Divarın ardında yaşayırsınız və arada bir üstündən baxırsınız - buna da münasibət deyirsiniz. Bu bir həqiqətdir, elə deyil? Bunu genişləndirə, yumşalda bilərsiniz, bunu anlatmaq üçün yeni sözlər tapa bilərsiniz, amma həqiqət budur -sizin və onun təcrid halında yaşadığınız həyata münasibət deyirsiniz.
Nəticədə çarəsizliyi, qarışıqlığı, zülmü, sevgisizliyi yaradan bizlərik və Tanrı olaraq adlandırdığımız şeydən bunu aradan qaldırmasını istəyirik. Başqa sözlə desək, çaşqınlığımızın, çarəsizliyimizin, üzüntümüzün, konfliktimizin bir başqası tərəfindən aradan qaldırılmasını istəyirik, bir başqasından bizə xoşbətlik və aydınlıq gətirməsini tələb edirik.
Müharibə iç dünyamızın olduğu halının çölə çıxması, gündəlik hərəkətlərimizin böyük miqyaslı halıdır. Daha görkəmli, daha qanlı, daha dağıdıcıdır, amma fərdi əməllərimizin ümumi nəticəsidir.