Mr.Nobody

Siyasi və dini inancların, milli inancların və müxtəlif inanc növlərinin insanları bir-birindən ayırdığını, qarşıdurma, düşmənçilik yaratdığını görə bilirik – bu bir həqiqətdir – amma bununla belə onlardan xilas olmuruq.
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Düşüncə problemlərimizi bu vaxta qədər həll etmədi, heç düşünmürəm ki, bundan sonra nə vaxtsa həll edəcək.
Hərəniz bir cürə inanırsız, amma inancınız heç də həqiqəti göstərmir. Həqiqət sizsiniz; etdiyiniz, düşündüyünüz, sizin olduğunuz şey həqiqətdir. Tanrıya olan inancınızsa monoton, axmaq, əzab dolu həyatdan qaçışdan başqa bir şey deyil. Bundan əlavə inanc insanları həmişə ayırıb. Hindu, buddist, xristian, kommunist, sosialist, kapitalist və s. İnanc, fikir insanları bölər: əsla insanları bir araya gətirməz. Bir neçə insanı bir qrupda bir yerə gətirə bilərsiniz, amma bu qrup başqa bir qrupa müxalif olacaqdır. Fikirlər və inanclar heç də birlik yaratmır; tam əksinə, ayırır, bölür və yıxır. Buna görə də tanrıya olan inancınız əslində dünyaya əzab yayır; sizə müvəqqəti bir təskinlik vermiş ola bilər, amma həqiqətdə isə sizə müharibələr, aclıq, siniflərarası fərqlər gətirər və fərdləri acımasız şəkildə bir-birindən ayırır. Buna görə də inancınızın heç bir həqiqiliyi yoxdur.
Tanrıya inandığını söyləyən insanlar dünyanın yarısını yox ediblər və hal-hazırda dünya dərin əzab içindədi.
Yaşımız keçdikcə çoxumuz ürkəkləşir, yaşamaqdan, işimizi itirməkdən, adətdən, qonşuların, ya da həyat yoldaşımızın nə deyəcəyindən, ölümdən qorxuruq. Çoxumuzun bu və ya digər formada qorxuları vardır və qorxunun olduğu yerdə zəka yoxdur... Həyat çevirdiyimiz bu çirkin şey deyil, həqiqətən çox gözəl bir şeydir və onun zənginliyi, dərinliyi, qeyri-adi gözəlliyini ancaq hər şeyə qarşı -- təşkilatlı dinlərə, adətə, bugünkü çürümüş cəmiyyətə -- üsyan edəndə təqdir edə bilərsiniz və beləcə, insan olaraq həqiqəti öz-özünüzə öyrənərsiniz. Təqlid etmək deyil, kəşf etmək -- təhsil budur, elə deyilmi? Cəmiyyətinizin, valideynlərinizin və ya müəllimlərinizin sizə dediklərinə qulaq asmaq çox asandır. Bu etibarlı və asan bir varolma yoludur, amma yaşamaq deyildir. Çünki içində qorxu, çürümə və ölüm vardır. Yaşamaq həqiqəti öz-özünüzə tapmaq deməkdir və bunu ancaq azad olanda, daxilinizdə içə çevrili daimi bir inqilab olarda edə bilərsiniz.