Yəni istər müəllim, istər şagird olaq, özümüzdən niyə öyrətdiyimizi və ya öyrəndiyimizi soruşmağımız daha vacib deyil? Yaxşı, bəs, həyatın mənası nədir? Həyat qeyri-adi bir şey deyil? Quşlar, çiçəklər, yaşıllaşan ağaclar, səma, ulduzlar, çaylar və çayların içindəki balıqlar... Bütün bunlar həyatdır. Həyat kasıblar və varlılardır, həyat təbəqələr, irqlər, millətlər arasındakı mübarizədir; həyat meditasiyadır; həyat din dediyimiz şeydir və eyni zamanda zehnin qəribə, gizli tərəfləri, qısqanclıqlar, ehtiraslar, asılılıqlar, qorxular, məmnuniyyət və narahatlıqlardır. Bütün bunlar və daha artığıdır həyat. Amma biz əksər hallarda özümüzü onun yalnız bir hissəsini anlamaq üçün hazırlayırıq. Müəyyən imtahanlardan keçir, bir iş tapır, evlənir, uşaq sahibi olur və getdikcə daha çox maşınlara bənzəyirik. Həyatın qarşısında qorxaq, narahat və ürkək dayanırıq. Elə isə təhsilin funksiyası nədir? Həyatın bütün dövrlərini başa düşməyimizə kömək etmək yoxsa, bizi yalnız bir peşəyə, tapa biləcəyimiz ən yaxşı işi tapmağa hazırlamaqdır?