Xəyal Qocayev

Xəyal Qocayev

, bir kitap okudu
7/10
·160 syf.·
6 saatte okudu
·
Okunma: 21 Ağustos 2025 23:14
·
2025 83. kitabı
Vaqif Səmədoğlu
7/10 · 4 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Divin nağılı Div, nə div! Bir div idi ki, o nə bir evə, nə yalana, nə hindin, nə ərəbin, nə də ki, bizim nağlıarımıza sığa bilərdi. Belə div idi! Sevdiyi qadın isə doğulub, yaşamağa başlayan insanlardan biriydi. Göyçək, amma adi. Onu da gəlib div sevdi! Sevdi, nə sevdi! Bizim kimi yox, div balası div kimi! Sevib, tenə, yenə də sevdi. Və qadın qorxmasın deyə, Bir addıma addayıb dəli bir çayı o taydan - Səni sevirəm, qadın, sevirəm... - dedi. Qadından: - Get, insan ol... - sözlərini eşitdi. Başını aşağı salb, insan olmağa getdi... Çoxlu yoğun, sambalı
"Doğru yol, gerilmiş bir ip üzerinde ilerler; ancak bu ip fazla yükseğe değil, yerin hemen üzerine gerilmiştir. Üzerinde yürümekten çok, insanı tökezletmeye yöneliktir adeta."
Qarın şərhi Qar yağıb. Ağarıb şəhərin bənizi: üzü, siması, sifəti. Qar yağıb. Bənizi ağarıb şəhərin: yerin, asfaltın, səthin. Qar yağıb. Şəhərin bənizi ağarıb: örtülüb torpağın qarası, damlar, səkilər. Üstəgəl, soyuqdur, gizlənib, evinə çəkilib adamlar. İndi məkan da daha çox özüdür. İndi səthin üzü ağ, alnı açıqdır. Əslində, səthin arzusu düzlükdür, təklikdir - yoxluğa maksimum yaxınlıq, qohumluq - boşluq. Səth üçün boşluq yoxluğun üstünə özünü gəlməkdir, əlbəttə, bacarsa. Qar yağıb: ələnib hündürdən un kimi. Çılpaq ağaclar qol-qol, budaqla təkrar qaldırıb ağlığı yuxarı. Yuxarı - mütləq ağlığa işarə edərək, təslim olaraq. Yəni göydə firlanır bu yerin xəlbiri çoxdandır. Bir vaxtlar su basan dünyanı indi qar basıb. Göydən yağıb qar: su adın, görkəmin dəyişib, ağlanıb; səyahət edərək arınıb. Bircə yaddaşı həminki. Qar yağıb hər yerə: quşlar oturan heykələ düşüb qar. Kim bilir, bəlkə də, basıb su bütləri yenidən.