Öz oynaşlarıyla rahatca yaşamaq üçün ərlərini dəli, gic halına salan və sevgidən istifadə edərək öz ərlərini öldürən qadınlar görmüşəm. Mən öz qanuni uşaqlarına, onları ölümə aparacaq meyillər aşılayan və bununla da öz oynaşından olan uşaqlarını varlandırmaq istəyən analar görmüşəm. Mən bütün gördüklərimi sizə söyləmək iqtidarında deyiləm. Çünki mənim gördüyüm cinayətlər qarşısında məhkəmə və ədalət acizdir.