Franz Kafkanı ilk dəfə oxudum, düzü bir neçə il əvvəl "Milenaya məktublar"-ı bir az oxuyub yarımçıq qoymuşdum. İndi də yenidən daha rahat kitabından başlamaq istədim, ancaq oxuyub bitirmək mənim üçün asan olmadı. Mən ümumi Kafkanı anlaya bilmirəm, deyəsən, dili bir az ağır gəlir mənə . Yazıçı burda adından da məlum olduğu kimi uşaqlıqdan atası ilə olan münasibətini, hisslərini yazır, ancaq bu məktublar sahibinə çatmır. Valideyn olmaq istəyən hər bir şəxsin oxumağını istəyərəm bizim üçün kiçik görünən, ancaq uşaq psixologiyasında necə təmir olunmaz izlər, travmalar qoyan hadisələrin, davranışların olduğunu bilib fərqində olmalıdırlar