Kafkanın möhtəşəm əsərlərindən…
Bu əsər işinə, ailəsi və bacısına verdiyi dəyərə və dərin sevgiyə baxmayaraq, başına gələn hadisəylə ətrafdakıların vəfasızlığı və nankorluğu ilə qarşılaşan Gregor Samsaya həsr olunmuşdur.
Bəli, Kafkanın ustalıqla qələmə aldığı bu əsəri oxuyarkən özünüzü Gregor’un yerinə qoyub düşünəcəksiz. Görəsən hazırda dəyər verdiyimiz, sevdiyimiz işlərə və insanlara gözləntilərini verə bilməyəcək vəziyyətə düşdüyümüz zaman nələr ola bilər?
Ailənin bir bütün olduğuna, hər şey və hər kəs getsə belə ailənin qalacağına inanan biri olaraq, Gregorun başına gələnlər və çarəsizliyi məni dərindən məyus etdi. Mütləq oxuyun!