Ellina

Ellina
Bir kitabı açıb oxuduğunuz hər dəfəsində bir ağac ölümdən sonra da həyatın olduğunu bilərək gülümsəyir...
7/10
·248 syf.··
2023 2. kitabı
·
49 günde okudu
·
Okunma: 10 Mayıs 2023 00:00
Kitab elm və dinin bir biri ilə bağlılığı barəsindədir. Əslində mən də "elmə baş vuran insanlar, tanrıdan uzaqlaşır" deyə düşünürdüm. Amma yazar bunun tam əksini sübut edir. Əsasən Darvinin təkamül nəzəriyyəsi barədə danışılan bu kitabda eyni zamanda Planetlərin və bu planetdə həyatın yaranmasından da bəhs edilir. (Bəzi yerlərində əsasən də DNT barədə danışılan məqamlarda bir az anlaşılmazlıq yaşaya bilirdim) Eyni zamanda oxucuya müxtəlif variantlar təklif edir və onun öz yolunu seçməsinə yardımcı olur. Kitabda quran, incil və digər dini kitablardan alıntılar və onların qismən də olsa yozumuna toxunulur. Yazıcı qeyd edir ki, tanrının var olmasının sübutu üçün dini kitabların, din insanlarının, peyğəmbərlərin olması zəruridir. Amma sən onlara inanmırsansa, o zaman elmin özü belə tanrının varlığına nişandır. Qravitasiya qanunları, Kvant fizikası, riyazi dəqiqlik bunların hər biri bir başa olaraq bir yaradıcının olduğunu sübut edir. Əgər kilsələr, orada olan din adamları səni dindən soyudubsa, o zaman elmin dərinliklərinə en. Əmin olacaqsan ki, bu tarazlığı qoruyan fövqəladə bir qüvvə var ...
Tanrının DiliFrancis S. Collins · Qədim Qala · 201943 okunma
Reklam
Mütləq oxumamız və oxutdurmamız gərəkən kitablardan biri daha..
10/10
·376 syf.··
Beğendi
·
2023 1. kitabı
·
25 günde okudu
·
Okunma: 23 Mart 2023 14:24
Əlbəttə kitaba başlayanda daha çox qırıcı, neqativ'ə kokləyəcək kitablardan olacağını düşünmüşdüm. Hətta yarıda belə saxlamağı düşündüm.. Amma gəl ki, əvvəldə yalnız mənfiyə yüklənmiş kitab ortalarında necə dəyişir.. Həyata olan inancını, sevgini artıracaq bir kitaba dönüşür.. Mənxə hər birimizdən bir parça var o kitabın içində. Oxuduqca özümü tapdığım bir kitab oldu .. Kitabda bütün uşaqlığı əlindən alınmış, valideyinləri bosanmış, öz ailəsi dağılmaqda olan Villinin dostu Visamin köməkliyi ilə həyata yenidən bağlanmasından bəhs edir. Visam daima pozitiv düşünən, Allaha bağlı olan və özünü ona təslim etmiş bir gəncdir. Onun da ailəsində çox böyük itkiləri olmuş, ailəsi dağılmış və indi də ağciyər xərçəngindən əziyyət çəkən biridir. Ömrünün sonuna az qalmasına baxmayaraq, xəstəxanada hamının və ən əsas da Villinin həyatına toxunur və onu tamimilə dəyişir ...
2023 Okuma Raporları
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,492 okunma
Puan vermedi·232 syf.·
Kitab həqiqətən gözəl yazılmışdır. Məncə "özünü tanıma, özünü sevmə" yolunda ilk addımları atan insanlar şiddətli şəkildə bu kitabı oxumalıdırlar. Əgər iki il əvvəl tanışsaydım bu kitabla, bir nəfəsə bitirərdim. Çox da axıcı kitabdır və kitabda verilən alıntılara söz ola bilməz). Lakin mənim axtardığım bu deyildi. Bir az daha dərin bir kitab axtarıram, çünki orda yazılanları demək olar ki mən bilirəm. Buna görə istəmədən davam etməkdənsə yarıda qoymağı seçdim. Oxuyacaq hər kəsə xoş mütaliələr :))
Kalbin Temizse Hikayen Mutlu BiterHakan Mengüç · Destek Yayınları · 20207,5bin okunma
8/10
·56 syf.··
Beğendi
·
2021 21. kitabı
Əsər bir qadının həyatının necə məhv olmasından bəhs edir. Digər əsərlərində olduğu kimi bu əsərdə də yazıçı bir qadının hislərinin necə coşqulu, soznsuz, bəzən də qeyri adi olduğunu mükəmməl şəkildə göstərib. Bir qadın yalnız olduğunda, özünü dəyərsiz hiss etdiyində nələr edə biləcəyi əsərdə öz əksini tapıb..
Bir Çöküşün ÖyküsüStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202591,8bin okunma
9/10
·80 syf.··
Beğendi
·
2021 20. kitabı
·
25 saatte okudu
·
Okunma: 16 Ekim 2021 20:17
"Amok" əslində bir xəstəlikdir. Və hətta deyə bilərəm ki, həyatımız boyu hər birimiz ən azı bir dəfə bu xəstəliyə yoluxmuşuq. Əsəri oxuyanda anladım ki, bəzən bir yerdə dayanmaq və "buna dəyərmi?!" deyə düşünməliyik. Çünki bəzən həyatımızı, vaxtımızı elə dəyərsiz şeylərə xərcləyirik ki, biz ayılanda artıq gec olur. Əsərə gəldikdə isə yazıçı həmişəki kimi obrazların hisslərini fövqəladə göstərib. Oxumağıma peşman olmadığım kitab oldu. Xoş mutaliələr)
AmokStefan Zweig · Maviçatı Yayınları · 2019134,6bin okunma
Reklam