O yerdə ki, olmalısan, oradan qaçırsan, o anda ki, danışmalısan, susursan, nəhayət, payına səni bir ömür tərk etməyəcək vicdan əzabı düşür. Bütün ömrünü özünə nifrət edərək yaşayırsan. Deyilmiş kobud və nahaq bir söz qarşısında susan sonradan bir ömür üzündən tüpürcək təmizləməyə hazır olmalıdır.