Bu gün ağuşinə aldı dərdü-sər məni.
Ağlımı başdan apardı ah bu simuzər məni .
Gözləri sanki Qəmərdən yerlərə enmiş.
Ah bu yazıq can sənə məftun və əsirmiş.
Bax yarına ,ey Zərdüşün göyçəy mələyi.
Ah halına bir sən düşün neylər fələyi.
Əhvalını sordum o ipək tənli gözəldən,
Dedi:”Ah-vah edərəm sahibi-qəməm mən əzəldən”.
Yandı könlün çırağı sanki bu zamanda,
Şöləsi nur saçar o “fanarın” belə anda.
Bilmədən aşiq olsaydı əgər məşuq qəzələ,
Eşq yenə batil olmazdı qovuşmazdı aşiq gözələ!
Ağlardı göylər də,yerlər də bu bəd əhvala:
-Yar zülfünü qasid eləyə,kaş yola sala…
Çatdı bu acı-bəd xəbər bir gözəl anda
Yar bilmədi aşiq qanda,ya məşuq qanda?
İç çəkib söylədi bir neçə misra ki kədərdən,
Misra da dil açdı dedi:”Ölməm bu əcəldən!”
Sən ki yarına sadiq qalacaqdınsa əgər,
Niyə yox dedin belə naza dözərmi can məgər?