İstəmişəm məktəbə qoyam qaradan başı çıxsın, demisən: vay, bircədir, oxuyar, ürəyi qısılar, ölər, məktəbdən çıxarmışam. İstəmişəm sənətə qoyam ki, avara qalmasın, demisən ki, o neynir sənəti, cavan uşaqdı, qoy böyüsün.
Can verdiyi halda belə ölümə təslim olmurdu. Bu, xalis dəlilik olsa da, ölüm onu qamarlayıb, bağrına bassa da, o, ölümün qoynunda belə, ona meydan oxuyacaq, onunla vuruşacaqdı.