Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Faracova Aysu

155 syf.
·
Puan vermedi
·
7 günde okudu
Kitab adından fəlsəfi kitaba oxşasa da elə deyildi.Psixoloji olan bu kitab,əsasən, əzabın,ölümün yaşamın bir parçası olduğunu,bir nöqtədə əslində qaçınılmaz olduğunu göstərir.Bu əzabı isə dözülən edən insanın yaşama səbəbidir.İnsanın “həyatın mənası nədir?” sualına onun məqsəd və hədəfləri,yaşama səbəbi cavab ola bilər.Bu sualların vahid bir cavabı yoxdur.Hər kəs həyatının mənasını özü yaradır.Nietzsche “Yaşamaq üçün bir səbəbi olan insan hər hansı necə’yə dözə bilər” deyir.Özümüz üçün yaratdığımız səbəb yaşamı mənalandırmalıdır.İntihar etmə səbəblərinin çoxluğunu insanın həyatda məna tapa bilməməyi,yaşamaq üçün səbəbi olmaması,yəni varoluşsal boşluqda olmağı təşkil edir. İkinci Dünya Müharibəsi zamanı başına gələn hadisələri yazan yazçının xatirələrini oxumaq çox təsirli idi.Üzərində düşünmək üçün dayandığım çoxlu cümlələrlə dolu bir kitab…
İnsanın Anlam Arayışı
İnsanın Anlam ArayışıViktor E. Frankl · Okuyan Us Yayın · 202335,4bin okunma