Fərid

Fərid
@Farid_111
Naxçıvan
Azerbaycan, 22 Şubat
79 okur puanı
Nisan 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
4/10
·460 syf.··
2026 1. kitabı
·
12 günde okudu
·
Okunma: 05 Ocak 2026 18:40
Kitab əmisi qızı və arvadı olan Rüyanın evden qısa bir not yazaraq qaçması ilə başlayır. İstanbul küçələrində onu axtarmağa başlayan ər, eyni zamanda yenə qohumu olan ve qəzetdə gündəlik köşe yazıları yazan Cəlalın da ortalıqda olmadığını görür və arvadı ilə qaçdığını düşünərək onun yazılarında ipucları axtarmağa başlayır ki arvadını tapsın. Bu köşe yazılarını da romanın içinə daxil edən Pamuk eyni zamanda Qalibin (ər) qarşısına çıxan adamların danışdığı əlaqəsiz hekayələri və İstanbula aid bəzi yerlərin tarixini də xəsislik etməyərək romana əlavə edir və kitab olur həftəbecər. Amma heç olmasa o turşuda müəyyən bir uyğunluq və dad çaları var, bu kitabda o da olmadığından Pamuk uğursuz romanını lap da qarışıq hala getirerek heç olmasa siz başa düşmədiniz deyərək qurtulmağa çalışır. Təssüf ki bir çox naşı oxuyucu da bu tələyə düşür. Kitabı olduqca uğursuz hesab edirəm, sadəcə alınmayıb. Bu Orhan Pamukdan oxuduğum sayca dördüncü kitab idi. Bunla da bu yazara ( qabiliyyəti müqabilində ) layiqindən çox şans verdiyimi düşünürəm və kifayətdir deyirəm.
Kara KitapOrhan Pamuk · Yapı Kredi Yayınları · 202511,6bin okunma
Reklam
Azərbaycan dilinə dəhşətli dərəcədə pis tərcümə olunub. Hatta o dərəcə pis ki google translate belə daha yaxşısını edə bilərdi. Vidadi Rzayevdir tərcüməsisi. Bundan sonra onun tərcümə etdiyi kitablara yaxın durmağı qəti şəkildə düşünmürəm.. bu səbəbdən başqa tərcümə ya da başqa dildə tapana kimi yarım saxlayıram.
HersoqSol Bellou · Şərq Qərb · 01 okunma
8/10
·544 syf.··
Beğendi
·
2025 12. kitabı
·
21 günde okudu
·
Okunma: 15 Temmuz 2025 17:58
Kitab olduqca çox məlumat ötürür və bunu quru quru yox şeir kimi axıcı şəklində edir. Iki ayaq üstündə yerimək üçün belini doğruldan əcdadlarımızdan bugünə, yəni hərşeyin avtomatikləşdiyi demək olar ki yeriməyə və ya başqa fiziki hərəkətə ehtiyacın qalmadığı dövrə qədər yeriməyin dəyişən məna və məqsədinə dərin bir baxış keçirir. Tarix, insan haqları, feminizim ( yazıçı qadındır ), ədəbiyyat, inqilablar və bir çox şeyi yerimək üzərindən oxuyur. Bu baxış bucağı olduqca maraqlı və təəccüb doğurandı. Oxuduqca her yere - ən azından gücüm çatan her yere ayaqlarımı istifadə edərək getməyə çalışıram. Kitab mənə bədənimin və əzələlerimin mənim əmrimdə olduğunu xatırlatdı. Yəni həm psixoloji həm fiziki həm də zehni olaraq olduqca faydalı oldu. Yazıçının da dediyi kimi " Yerimək özündə bir başqaldırıdır".
Yol Aşkı: Yürümenin TarihiRebecca Solnit · Minotor Kitap · 202515 okunma
8/10
·168 syf.··
Beğendi
·
2024 22. kitabı
·
14 günde okudu
·
Okunma: 25 Kasım 2024 22:29
Kitab avtobioqrafik nüansların olduğu və balaca yaşlardan universitetə qədər ailəsi ilə yaşayan qızın həyatını birinci ağızdan danışır. Kafe və içində balaca mağaza işlədən ata anasının ona ayıracaq vaxtı yoxdur. Uşaq kafeyə gələn alt təbəqəyə məxsus işçi sinfinin ağzı söyüşlü və kefli hallarının və mağazaya gələn pensiyaner qocaların, işsiz qadınların arasında böyüyür. Daha sonra getdiyi özəl məktəbdə cəmiyyətin üst təbəqəsindən olan insanlarla tanış olmağı içində böyüdüyü çevrəyə baxışını tamamilə dəyişməsinə gətirib çıxarır. Universitetə qədər uzanan bu zaman içində gənc qız ailəsini, özünü, çevrəsini və tanış olduğu oğlanları öz içində dayanmadan sorğulayır və aid olduğu sinifdən bir üst sinifə keçidin çətinliklərini oxucuya da çatdıra bilir. Kitab universitet vaxtı qızın hamilə qalması və uşağı aldırmağa çalışması ilə başlayır. Bundan sonra keçmişə ayna tutulur və hər şey gün üzünə çıxır. Olduqca cəsur yazan yazıçı, 4-5 yaşından etibarən dünyayı ve insanları qavrayışını, yeniyetməlik və gənc qız olduğu vaxtlarda qarşı cinsə baxışını, arzu və şəhvət hissini, qarşı cinsin ona baxışını çəkinmədən dilə gətirir. Olduqca yaxşı dillə yazılmış kitabı maraqla oxudum. Mənim üçün maraqlı və öyrədici olan tərəflərdən biri də yeniyetmə qızın gözündən dünyaya baxmaq oldu.
Boş DolaplarAnnie Ernaux · Can Yayınları · 20223,326 okunma
7/10
·238 syf.··
Beğendi
·
2024 21. kitabı
·
8 günde okudu
·
Okunma: 12 Kasım 2024 19:55
Hadisələr Osmanlı dövlətinin güclü olduğu və İstanbulu yeni fəth etdiyi vaxtlarda yaşanır. O dövrün sadə insanın yaşayışını- nələr yeyib içdiklərini, hansı işlərdə çalışdıqlarını, şəhərin vəziyyətini göstərməyə çalışan yazıçıda bu əla alınıb. Eyni zamanda kitabı mənim üçün daha maraqlı edən isə yazıçının istifadə etdiyi dilin köhnə türkce, yəni Azərbaycan dilinə olduqca yaxın olmasıdır və bu dili çox oxunaqlı və maraqlı istifadə etməsidir. Həmin dövrdə yaşayan ata və oğulun başına gələnləri əfsanəvi və nağılvari hadisələrlə əla bir şəkildə göstərən yazıçı romanda olan bütün personajların keçmişdəki hekayəsinin və bura necə gəlib çıxdığını da danışaraq daha sağlam bir təsəvvür yaradır. Bütün bu nağıl və mistikanın içində məntiqli və ağlı başında nəticələrə gələn və əslində ən böyük gücün ağıl və elm olduğunu oxuyuculara çatdırır. Fürsət düşsə mütləq oxuyun, sadəcə dilin istifadəsi belə bu kitabı oxumaq üçün səbəbdir.
Puslu Kıtalar Atlasıİhsan Oktay Anar · İletişim Yayınları · 202467,6bin okunma
Reklam