Sabahlar yalnız bugünkü günümüzün yerini tutduğu zaman həqiqət olur. Yaşadığımız günlər də onlara dəyər verildiyi zaman əhəmiyyət kəsb edir. Dünənimiz "keçmiş bu gün"lərimizdən, gələcəyimiz də "gələcək "bu gün"lərimizdən başqa bir şey deyil. Həyatımız içində yaşadığımız günlərdən ibarət olan bir bütündür. Ona görə bugünkü günə edilən etinasızlıq bütün həyatımıza olan etinasızlıqdır. Bu, anlamalı olduğumuz ən mühüm həyat fəlsəfəsidir.....