_Anlayanda ki, müəllimlər təkcə məktəbdə və ya universitetdə olmur, həyat birdən-birə dəyişir. Başa düşürsən ki, insan yalnız dərs otaqlarında yox, həyatın hər anında öyrənir. Həyat sənə hadisələri oxumağı öyrədir, məktəb isə hərfləri. Əslində, hər qarşılaşdığın insan, hər yaşadığın təcrübə, səni dəyişən və formalaşdıran bir dərsdir._
_Bəzən insanlar şikayətlənirlər: "Hər yoldan keçənə müəllim deyirlər, müəllimin bir ağırlığı olmalıdır." Amma unutmamalıyıq ki, həyatda qarşılaşdığımız hər bir insan, hər hadisə bizə nəsə öyrədir. Müəllimlik yalnız bir peşə deyil, öyrətmək və ilham vermək qabiliyyətidir. Kiminsə səndə bir fikir yaratması, düşüncələrinə təsir etməsi onu bir müəllim edir. Usta, saatsaz, bənna, hətta təsadüfən yolda qarşılaşdığın bir insan – əgər sən ondan nəsə öyrənə bilirsənsə, o sənin üçün müəllimdir._
_İnsanın həyatı əslində bir müəllim-tələbə münasibətidir. Biz həm dərs deyirik, həm də öyrənirik. Məsələ, kimin bizə dərs verdiyini və kimə dərs öyrətdiyimizi dərk etməkdir. Hər insan öz yolunda həm tələbə, həm də müəllimdir. Vacib olan bu əlaqəni qəbul etmək və hər təcrübədən nəsə götürməyi bacarmaqdır. Həyat bizə bunu öyrədir: hər kəsdən nəsə öyrənmək mümkündür, sadəcə görməyi və dəyərləndirməyi bacarmaq lazımdır._
*-Hörmətlə yazıçı Uraqan Abdullayev*
Uraqan
*Dəyərli yazar Şekspir bir mövzuda belə deyirdi;_"İnsanların çoxu sevməkdən qorxur, itirməkdən qorxduqları üçün. Düşünməkdən qorxur, məsuliyyət gətirəcəyi üçün. Danışmaqdan qorxur, tənqid olunacağı üçün. Yaşlanmaqdan qorxur, yaşının dəyərini bilmədiyi üçün. Unudulmaqdan qorxur, dünyaya yaxşı bir şey vermədiyi üçün. Və ölməkdən qorxur, əslində yaşamağı bilmədiyi üçün..."