Problem o zaman yaranır ki, sizi müəllim yox, universitet seçir. Əslində, siz də o müəllimi seçməmisiniz. Qədim dövrlərdə insanlar bir müəllimin onlara dərs verməsi üçün yalvarırdılar. O müəllimdən öyrənmək üçün bütün imkanlarını səfərbər edirdilər. İndi isə mənzərə tamam fərqlidir. Bu gün müəllim şagirdə yalvarır:
– A bala, düz otur, dərsi pozma, mane olma.
Çünki sən artıq müəllimə tabe olmaq istəmirsən. Sənin əsas məqsədin yalnız 4 il gəlib-getmək, sonunda isə diplom alıb getməkdir. Amma bu diplom – sadəcə bir kağız parçasıdır. İşə düzələrkən yalnız sənə yox, həmin müəssisəyə lazımdır. Bu, sənə nə qazandırır? Zorla başladığın bir sistemdə illər keçir, necə ki, əvvəllər məcburən məktəbə gedirdin, sonra eyni məcburiyyətlə universitetə davam edəcəksən. Daha sonra isə eyni məcburiyyətlə işə gedib-gələcəksən.
Seçimlərin də çox vaxt sənin özünə aid deyil. Yaşın az olduğu üçün, ya da qərarları sənə buraxmadıqları üçün bu seçimləri çox vaxt valideynlərin sənin əvəzindən edir. Halbuki həyatın ən vacib mərhələlərində atılan bu addımlar gələcəyinin təməlini müəyyənləşdirir. Seçimlərin sənin yox, başqasının olduğunda isə gələcəyin sənə aid olmur – sən öz həyatına yox, başqalarının planlarına uyğun yaşamağa məcbur qalırsan.
Məsələ burasındadır ki, sən öyrənmək üçün yox, sadəcə “sistemə uyğun” olmaq üçün universitetə gedirsən. Əslində isə universitet sənə istiqamət verməli, müəllim sənə ilham qaynağı olmalıdır. Çünki nə diplom, nə də kağız parçası səni həyatda irəli aparacaq. Səni irəli aparacaq olan, sənə öyrədilənlər və sənin onlardan necə faydalandığındır. Təhsil yalnız bir proses deyil, həyatın özü üçün bir təməl olmalıdır. Yoxsa, illər keçdikcə, bu döngüdən çıxmadan, sistemin sadəcə bir hissəsi olaraq qalacaqsan.
*Son Söz:*
Öz seçimlərinin sahibi ol və öyrənməyi həqiqətən