Bütün zorakılıqlar kütlənin elə özü tərəfindən məntiqli və faydalı zərurət kimi qarşılanırsa, bütün mərhəmət aktları, bəraət hökmləri camaatı qıcıqlandırıb intiqam hissi oyadırsa, belə bir cəmiyyətdə haqq-ədalətdən dəm vurmaq gülünc deyilmi?
Bu tamamilə doğrudur.
Emosiyalarınız, duyğularınız, fikirləriniz beynin bütün "ləvazimatları" - çöldən gəlir; bunlar hamısı bayırdan idarə olunur. Bu artıq elmi baxımdan araşdırılıb.
Emosiyalar, arzular, istəklər, həvəs hamısı başınızın içindədir.
Gec-tez onlar "quruyacaq". Amma hətta başınız torpağın altında tamamilə yox olandan sonra da şüurunuz yox olmayacaq. Şüurunuzu saxlamırsınız, şüur sizi saxlayır; o sizdən çox böyükdür.
Birdəfəlik başa düşməlisiniz ki, emosiyalarınız sizin başınızın içindədir.
Amma şüurunuz başın içində deyil.
Faktiki olaraq, başınız şüurun içindədir!
Şüur sonsuzdur, ucu-bucağı görünmür.