Fatimə

Çox düşünmək...
Çox düşünüb az hərəkət etmək fəlakətə səbəb olur. Işə başla, bir işlə məşğul olanda lazımsız məsələləri düşünməyə vaxt da olmur.
Sayfa 208·Kitabı okudu
İnkişaf
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Həddən çox istəmək...
Bir şeyi həddən çox istəməyimiz hələ o demək deyil ki, o iş bizim xeyrimizədir və biz mütləq o hədəfə çatmalıyıq.
Sayfa 200·Kitabı okudu
İnkişaf
Yüksəlmək arzusu...
Yüksəlmək arzusundayıqsa, bizim üçün özümüzün, yaxudda digərlərinin haqlı olması önəmli olmamalıdır.
Sayfa 191·Kitabı okudu
İnkişaf
Bullinq olunan uşaq
Yaxşı, əgər uşaq susursa, onun şiddətə məruz qaldığını necə bilmək olar? Öncə uşaqla səmimi ünsiyyət yaratmaq, onun psixoloji, fiziki vəziyyətini həmişə diqqətdə saxlamaq lazımdır. Bullinq qurbanı həyata marağını itirir, məktəbdən gələndə əhvalı pis olur, bir bəhanə ilə məktəbdən yayınmağa çalışır, ünsiyyətdən qaçır, özünə qapanır, heç kimlə dostluq etmir, sinif tədbirlərində iştirak etməkdən imtina edir, tez-tez əşyalarını itirir; qiymətləri aşağı düşür, kitabları, dəftərləri korlanır, yuxusu pozulur, əsəbi olur... Bu əlamətlərin biri belə narahatlıq üçün səbəbdir. Valideyn övladının dostları, müəllimləri ilə də daim təmasda olmalıdır.
Sayfa 149·Kitabı okudu
İnkişaf
"YOX" deyə bilmək
"Yox" demək qətiyyən uğursuzluq gətirmir. Əksər uğurlu insanlar onlara ünvanlanan bir çox istək və gözləntilərə “yox” deyiblər və həyatlarında heç bir faciə də baş verməyib. Əksinə, onlar “yox” deməklə, mövqelərini açıq bildirməklə özünəinamlı, qətiyyətli insan olduqlarını göstərib, bununla da hamının hörmətini qazanıblar. Deməli, lazımi məqamlarda “yox” deməklə mən daha da hörmətli olacağam.
Sayfa 134·Kitabı okudu
İnkişaf