Fatimə

Arzunu məhv etmək istəyirsənsə...
Əgər böyük bir arzunu məhv etmək istəyirsənsə, onu uzaqgörən olmayan, dar baxışlı birinə danış.
Sayfa 39·Kitabı okudu
İnkişaf
Reklam
Məhdudlaşdırıcı fikirlər...
Istedadlı olsaq belə, məhdudlaşdırıcı fikirlərə sahibiksə, həyatda heç nəyə nail ola bilməyəcəyik.
Sayfa 31·Kitabı okudu
İnkişaf
Xoşbəxt ömür...
İndi əksini təsəvvür edək: beynimizdə yaratdığımız aləmdə güclü, yaraşıqlı, bacarıqlı biriyik, bizi hamı sevir, həmişə yardıma hazırdırlar. Vəziyyətimiz yaxşıdır, gələcəkdə isə daha da yaxşı olacağına əminik. Bu zaman əlimizdəki resursların qədrini bilib gözəl həyata sahib olacaq, uzun, xoşbəxt ömür sürəcəyik.
Sayfa 29·Kitabı okudu
İnkişaf
Dedim axı, ayağımı sındıracaqsan...
Epiktet qul olduğu dövrlərdə bir gün ağası ona qəzəblənib amansızlıqla ayaqlarına zərbə vurdu. Epiktet halını pozmadan dedi: "Ayağımı sındıracaqsan". Lakin sahibi vurmağa davam etdi. Epiktetin ayağı sındıqda yenə də sakitcə dedi: “Dedim axı, ayağımı sındıracaqsan". Ağası onun dözümlülüyünə mat qalaraq öz hərəkətindən xəcalət çəkdi.
Sayfa 22·Kitabı okudu
İnkişaf
Iki seçim...
Həyatımız boyu tez-tez xoşumuza gəlməyən şəraitlə üzləşirik. Bu zaman qarşımızda iki seçim olur: ya fikirlərimizi mənfiyə kökləyib onların həyatımızı məhv etməsinə icazə verəcəyik, ya da müsbət fikirlər yaradaraq əhvali-ruhiyyəmizi, əsəblərimizi və sağlamlığımızı qoruyacağıq.
Sayfa 21·Kitabı okudu
İnkişaf
Reklam