Biz dilimizin sahibi deyilik, onun ixtiyarı bizim əlimizdə deyil. Danışmağa başlayanda, necə deyərlər, “çənəmiz qızışanda" nə dediyimizi bilmirik. Məclis qızışanda nə öz sirrimizi saxlaya bilirik, nə də başqalarının; camaatın eyiblərini açıb tökür, dayanmadan qeybətini edirik.
Əlinin digər kəlamları kimi, çox dəyərli bir kəlamı var. Həmin kəlam, bəzilərinin nəzərincə, artıq köhnəlib. Buyu- rur: "İlahi, təqva bütün doğru yolların açarıdır. İnsan təqva- sız doğru yola yönələ bilməz, öz yolunu azar. İnsan təqvaya malik olmadan axirət üçün azuqə sahibi olmaz. İnsan təq- vasız azadlığa malik deyil. İnsanı bütün köləliklərdən xilas edən təqvadır".
Bismilləhir Rahmənir Rahim
Gözəl kitab idi...Kitabı ilk əlimə alıb oxuyanda elə bildim ki hansısa bir şəhidin həyatı haqqındadır. Amma kitabın yarısına çatanda və axırlara doğru elə olmadıgını gördüm. Düzdü ki bu kitabda bir neçə şəhidin adı nə necə şəhid olmaları haqqında söhbət açılır amma əslində bu kitab dərilməyi gözləyən canlı şəhid haqqındadır... Sonu mənə çox təsir elədi. Çünki ətrafındakı dostların demək olar çoxu zamanla şəhid oldu amma canlı şəhid olan Seyyid Taliqani onlardan biri ola bilməyib şəhadət gülü kimi dərilməyi gözlədi...
Məncə bu çox ağırdır həqiqətən, sənin yaxınların, ətrafındakılar şəhadətə çatsınlar, meraca yüksəlsinlər amma sən... bu fani dünyada həsrət çəkərək Onun tərəfindən dərilməyi gözləyəsən...
Allah bizlərə şəhid kimi yaşayıb və sonda şəhadətə yetişməyi nəsib etsin InşəAllah 🪽
Beləliklə, acılı-şirinli, enişli-yoxuşlu günlər geridə qaldı. Bu dəfə yəqin bildim ki, Allah yolunda şəhid olmağa və Haqqın görüşünə getməyə hər kəs layiq deyil. Bu qısa səfərdə şəhadət mələkləri dəfələrlə başımın üzərinə kölgə salsalar da, tez ötüb keçərək yanımda olan daha ixlaslı gülləri dərdilər və meraca apardılar...