Fatimə

Peyğəmbər (s) ailəsini yamsılayın!
Minlərlə gözəl, əsil-nəsəbli, güclü və sevimli gənc Əli ibn Əbu Talibin (ə) saçının bir telinə dəyməz. Minlərlə gözəl və əsil-nəsəbli qız da həzrət Zəhranın (ə) saçının bir telinə dəyməz. Onlar həm mənəvi və ilahi baxımdan yüksək məqama malik idilər, həm də öz dövrlərinin böyükləri sayılırdılar. O, Peyğəmbərin (s) qızı idi, İslam cəmiyyətinin rəisinin, mütləq hakimin qızı. O da İslamın birinci dərəcəli sərdarı idi. Görün necə izdivac etdilər; necə az mehr, necə az cehiz! Hər şey Allahın adı və xatirəsi ilə. Bunlar bizim üçün örnəkdirlər. Həmin dövrdə də qızlarının mehri çox yuxarı, misal üçün, min dəvə olan cahil insanlar vardı. Bunlar Peyğəmbərin (s) qızından üstün idilər?! Onları yamsılamayın, Peyğəmbərin (s) qızını yamsılayın, Əmirəl-möminini (ə) yamsılayın.
Sayfa 115·Kitabı okudu
Aile - Evlilik
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bir-birinizin qısqanclıq və qeyrət hissini təhrik etməyin!
Mən həmişə gənc oğlanlara tövsiyə edirəm ki, siz naməhrəmlə və hətta məhrəmlərlə rəftarda öz xanımlarınızı qısqanclığa vadar edən bir iş görməyin və bir söz deməyin. Gənc qızlara da tövsiyə edirəm ki, yad kişilərlə rəftarlarında ərlərinin qısqanclıq və qeyrət hissini təhrik edən bir iş görməsinlər və bir söz deməsinlər. Bu qısqanclıqlar bədbinlik gətirir və məhəbbətin təməllərini zəiflədib kökündən yandırır.
Sayfa 97·Kitabı okudu
Aile - Evlilik
Əməli şükür lazımdır!
Şükür etmək təkcə “İlahi, şükür!” demək və şükür səcdəsi etmək deyil. Nemətin şükrü budur ki, insan neməti tanısın, bu neməti ona Allahın verdiyini bilsin, o nemətdən istifadəni və o nemətlə rəftarı Allahın bəyəndiyi şəkildə etsin. Nemətə şükür etməyin mənası budur. Əgər “Allaha şükür olsun!” - desəniz, lakin qəlbiniz dediyim anlayışlarla tanış olmasa, bu, şükür deyil.
Sayfa 88·Kitabı okudu
Alıntı
İmam buyurdur: "Gedin bir-birinizlə keçinin!
Mən bir dəfə imamın yanına getdim. O, nikah əqdi oxumaq istəyirdi. Məni gördükdə dedi ki, gəl birinin vəkili sən ol. O, nikah əqdi oxuyanda bizim kimi uzun-uzadı danışmırdı. Əvvəl əqdi oxuyurdu, sonra iki-üç qısa cümlə deyirdi. Mən gördüm ki, o, əqdi oxuyandan sonra üzünü qız və oğlana tutub dedi: “Gedin bir-birinizlə yola gedin”. Mən fikirləşib gördüm ki, biz bu qədər danışırıq, amma imamın sözü “bir-birinizlə yola gedin” cümləsində xülasə olur.
Sayfa 83·Kitabı okudu
Aile - Evlilik
Qadın kişinin zəruri ehtiyaclarını dərk etməli, ona psixoloji və əxlaqi təzyiq göstərməməlidir. Elə bir iş görməsin ki, məişət sahəsində aciz qalsın və Allah eləməmiş, düzgün olmayan yollardan istifadə etsin. Qadın onu həyat sahələrində möhkəm və müqavimətli olmağa həvəsləndirməlidir. Əgər onun işi misal üçün, məişət vəziyyətini bir qədər düzəldə bilməyəcək səviyyədə olsa, bunu daim onun üzünə vurmamalıdır. Bunlar mühümdür. Qadının zəruri ehtiyaclarını dərk etmək də kişinin vəzifəsidir; onun hisslərini anlamalı, onun halından xəbərsiz olmamalıdır.
Sayfa 75·Kitabı okudu
Aile - Evlilik