Heç düşünmüsənmi bu beyin özündə nə qədər adlar, rəqəmlər, uzun və qısa həcmli təsəvvürlər, tanıdığı və tanımadığı saysız-hesabsız surətlər əhatə edir? Bildiyin kimi, beynin həcmi çox kiçikdir. Elə isə bütün bu adları, rəqəmləri, hadisələri, surətləri necə və hara sığdırır? Məgər beyində bu sistemi quran, onu insanın fikir və davranışlarının mərkəzi halına gətirən də şüursuz təbiətdir?! Belə düşünə bilərsənmi, Həsənat?! Yaxud doğrudan da, elə ağıllı bir adam tapmaq olarmı ki, heç bir inadkarlıq etmədən buna inansın?!