Bu kitab insanın içində gizlədiyi qorxularla üzləşməsini və onları anlamasını önə çıxarır. Sadə, lakin dərin fikirlərlə doludur. Oxuduqca insan özünü tanıyır, zəifliklərini qəbul etməyi və onlardan güc almağı öyrənir. Həm psixoloji, həm də mənəvi baxımdan düşündürücü bir əsərdir. Qısa desək, səni özünlə tanış edən bir kitabdır.
QorxularRövşen Abdullaoğlu
Kitabın diqqətçəkici tərəfi onun dini bir kitab olmamasıdır. Moody bu fenomenləri neytral və tədqiqatçı gözü ilə izah edir, oxucunu bir istiqamətə yönəltmir. Həm elmi, həm də mənəvi suallar doğuran bu kitab insanın ölümə və yaşama münasibətinə təsir edə bilər.Bu kitab mənim üçün yeni bir fikir açmadı, amma illərdir içimdə daşıdığım inancların üzərinə bir təsdiq kimi gəldi. Onsuz da ölüm mənim üçün son deyildi, bu kitab isə bunu yaşayan insanların dilindən eşitdirdi.
Elmi araşdırma formatında olsa da, bəzi təcrübələr o qədər tanış və ruhani idi ki, oxuyarkən içimdə “mən də belə hiss edirəm” demək keçdi.
Əgər sən də ölümə son yox, dönüş nöqtəsi kimi baxırsansa – bu kitab sənin üçün yazılıb.
Ölümden Sonra HayatRaymond Moody
İnsanlar sənin adını bilirlər
Hekayəni deyil.
Etdiklərini eşitdiler amma yaşadıqlarını eşitmediler.
Sonunda, önəmli olan başqalarının sənin
haqqında nə düşündüyü deyil, sənin özün haqqında ne düşündüyündür.