Çünki lazım olan məlumatı bizdən almaq üçün istifadə etdikləri bu incə təzyiq metodu — insanı hər şeydən təcrid etmək yolu — qol-qabırğa sındırmaqdan, cismani işgəncədən daha təsirli idi. Bizə heç nə etmirdilər, sadəcə olaraq bizi mütləq heçliyin qoynuna atmışdılar. Görünür, bilirdilər ki, yer üzündə heç nə həmin heçlik qədər insan qəlbini bu cür sıxa bilməz
SatrançStefan Zweig
Nə görməyə bir şey, nə eşitməyə bir söz, nə də baxmağa bir obyekt vardı; dörd tərəfdə fasiləsiz bir heçlik — məkansız, zamansız bir boşluq — hökm sürürdü. Öz-özünə var-gəl edirdin, fikirlərin gah dağlarda gəzirdi, gah aranlarda dolaşırdı, amma heç vaxt qərar tutub dincələ bilmirdi.
Lakin fikrin özünə də, lap maddi olmasa belə, bir dayaq nöqtəsi lazımdır; yoxsa o, öz-özünə fırlanmağa, öz ətrafında dövrə vurmağa başlayar. Bu heçliyə isə fikirlər belə tab gətirə bilmirdi. Səhərdən axşama qədər nəsə gözləyirdin, amma heç nə baş vermirdi. Bununla belə, yenə də gözləyirdin. Heç nə alınmırdı. Gözləyirdin, yenə də gözləyirdin; gözlədikcə düşünür, düşünə-düşünə beynin çatlayana qədər özünü yorurdun. Heç nə dəyişmirdi. Təklənirdin. TƏK qalırdın. Tamamilə TƏK.
SatrançStefan Zweig
Bu mutlu son, Nagore'ye önemli bir ders verdi:
“Ne kadar farklı olursan ol, istersen kabiledeki en somurtkan kedi ol, her zaman seni seven biri olacaktır.”