Fatima

Fatima

, bir kitap okudu
7/10
·83 syf.·
5 günde okudu
·
Okunma: 06 Nisan 2026 00:57
·
2026 7. kitabı
Stefan Zweig
8.1/10 · 279,2bin okunma
Reklam
Heçlik
Nə görməyə bir şey, nə eşitməyə bir söz, nə də baxmağa bir obyekt vardı; dörd tərəfdə fasiləsiz bir heçlik — məkansız, zamansız bir boşluq — hökm sürürdü. Öz-özünə var-gəl edirdin, fikirlərin gah dağlarda gəzirdi, gah aranlarda dolaşırdı, amma heç vaxt qərar tutub dincələ bilmirdi. Lakin fikrin özünə də, lap maddi olmasa belə, bir dayaq nöqtəsi lazımdır; yoxsa o, öz-özünə fırlanmağa, öz ətrafında dövrə vurmağa başlayar. Bu heçliyə isə fikirlər belə tab gətirə bilmirdi. Səhərdən axşama qədər nəsə gözləyirdin, amma heç nə baş vermirdi. Bununla belə, yenə də gözləyirdin. Heç nə alınmırdı. Gözləyirdin, yenə də gözləyirdin; gözlədikcə düşünür, düşünə-düşünə beynin çatlayana qədər özünü yorurdun. Heç nə dəyişmirdi. Təklənirdin. TƏK qalırdın. Tamamilə TƏK. Satranç Stefan Zweig
İnsan ve Duygular
Dövrəndə fırlanan və səni dəli həddinə çatdıran fikirlərin yaratdığı heçliyin, boşluğun insanı içəridən necə gəmir­diyini, necə didib-parçaladığını heç kəsə izah edə bilməzsən.
Sayfa 28·Kitabı okudu
İnsan ve Duygular
Yalnız indi anladım ki, bu mehmanxana otağını necə iblisanə, necə ağıllı, psixoloji baxımdan necə də öldürücü düşünüblər. Konslagerlərdə, bəlkə də, daş daşıyardın, əllərin qan sağılana qədər, ayaqlarını soyuq aparana qədər; heç olmasa, otuz-qırx adamla iy-qoxunun içində, soyuğun-boranın təsirindən sığınışıb yatardın. Hər halda, gözün insan üzü görərdi, çölə-düzə, arabaya, ağaca, ulduzlara, daha nə bilim nələrə baxa bilərdin, burada isə dövrəndə həmişə eyni şey, eyni mənzərə, eyni dəhşət var idi. Burada məni fikrimdən daşındıran, səfeh təsəvvürlərimi dağıdan, məni xəstə tutuşdurmalar aparmaqdan çəkindirən heç nə yox idi. Elə onların niyyəti də bu idi — düşüncələr canımı boğazıma yığıb, təngə gətirib, axırda nəfəsimi kəsməli idi.
Sayfa 27·Kitabı okudu
İnsan ve Duygular
Bir müdrik deyərdi, həyat öz yerini tapmaq üçün müxtəlif yerlərə baş çəkməkdən ibarətdir.Bir çoxları öz yerlərini tapmadan gedirlər.Yalnız bəzi insanlar öz yerlərinə yaxınlaşa bilir, çox azı isə həyatda özlərinə məxsus olan yerləri tapırlar. Hə, dostum, təəssüflər olsun ki, həyat, bax, budur.
Reklam