Aleksandra bibinin fikrincə, mən balaca qazançalarla, çay dəsti ilə oynamalı, anadan olanda onun mənə bağışladığı süni mirvari boyunbağını boğazıma taxmalıydım ; bundan başqa, tək həyat sürən atamın həyatını işıqlandırmalıydım.
Söz, deyəsən, mənim oğlan kimi kombinezon geyinməyimdən başlandı. Aleksandra bibini mənim belə geyinməyimin dərdi lap əldən salmışdı. Dedi, şalvar geyinib ortalığa düşsəm, məndən heç vaxt əsl ledi çıxmayacaq.