İtigöz, sən belə kəlmələri çox işlətsən, başına pis işlər gələr. Böyüyəndə əsl ledi olmaq istəyirsən, düz demirəm?
Dedim, o qədər də istəmirəm.
- Əlbəttə ki, istəyirsən.
- Attikus, sən, doğrudanmı, qaraları müdafiə edirsən?
- Hə, əlbəttə. İtigöz, "qaralar" demə, bu, çox kobud sözdür.
- Məktəbdə hamı belə deyir.
- Nə olsun, indi səndən başqa hamı deyər.
İtigöz, hər şeydən əvvəl sadə bir şeyi öyrənməyə çalış. Onda ən müxtəlif adamlarla dil tapa bilərsən. Ta özünü birinin yerinə qoymayınca, onu əsl mənada başa düşə bilməzsən...