- Siz əsl vəhşisiz! Artıq insan dişlərindən boyunbağı düzəldirsiz. Növbəti nəsil burnunu, qulaqlarını deşdirərək sümükdən, midiya qabığından bəzək əşyaları taxacaq.
-Bütün sistemlər köpük kimi yoxa çıxıb…
İnsan işinə yarayan heyvanları əhliləşdirib ev heyvanlarına çevirdi, özünə düşmən bildiklərini yer üzündən sildi, bitki aləmini məhv elədi. Sonra özü də yox oldu və həyat yenidən ibtidai formasına qayıtdı.