Əgər kardinallar da öz növbələrində apostolların yerinə gəldikləri və onlara oxşar həyat sürməli olduqları haqda düşünsəydilər? Əgər ağıllarına gəlsəydi ki, onlar ruhani sərvətlərin sahibi deyil, yalnızca idarəediciləridir və tez və ya gec hər bir şey haqda ciddi hesabat verməli olacaqlar? Öz libaslarının ayrı-ayrı hissələrinin mənası haqda düşünsəydilər?
Əgər söhbət var-dövlət yığımından gedirsə, müdriklik təlqinlərinə riayət edən tacir hanı gəliri əldə edə biləcək? Axı o, yalançı vədlər verməkdən çəkinir, onun yalanını ifşa edəndə qızarır, müdriklərin haqqında boş-boş danışdığı oğurluq və sələmçilik haqda bütün cüzi şeylərə əhəmiyyət verir.