Eleonora Ruzveltin dediyi kimi: " Ürəyinizdə doğru bildiyinizə əməl edin. Çünki sizi hər bir vəziyyətdə tənqid edəcəklər. Sizi lənətləyəcəklər, əgər bunu etsəniz də etməsəniz də lənətləyəcəklər".
Uzun müddət sonra belə bir parça paylaşmağı və bu gündən sonra burda daha aktiv olmağı qərara aldım. Bunun bir neçə səbəbi var, başlıca olaraq bu platformada çox da tanıdığım yoxdur. Ümidvaram da olmaz.
Bir az tövsiyə xarakterli cümlələr yazacam, lakin qətiyyən yanlış anlamayın, bu sizə yox, daimi mənə, mənliyimə tövsiyyədir.
Niyə bəs bu cümlə ? Bu yaxınlarda bir qərarım, məncə, həyatımın dönüş nöqtəsi oldu. Bu dəfə mən sırf içimdən gəldiyi kimi davrandım, qarşı tərəfin və digərlərinin düşüncələri yox sırf öz komfortum və ürəyimin səsini üstün tutaraq aldığım qərar bir çox komplekslərimdən azad olmaq barədə iradə formalaşdırdı. Ürəyinizin səsini dinləyin dostlar, ama sadəcə öz qəlbinizi və rahatlığınızı düşünün, xudbin olun, ama incinən siz olmayın. Bəzən bizim hər şeyimiz, bütün hislərimizin, düşüncələrimizin yükləndiyi məsələ, yaşantı, başqalarının heç nəyidir. Başqalarının heç nəyi olmamaq üçün xudbin olmaq və eqoizm bəzən lazımdır. Biz bu kəlimələri ədəbiyyat kitablarında həmişə pis xarakterlərdə görmüşük, ancaq bizi yanıldıblar, həmişə başqalarını həyatımızın mərkəzinə qoysaq, özümüzə vaxt qalmaz, özümüzə davrandığımız kimi başqaları da bizə davranar. Heç vaxt sizi incidən şeyləri çox insana danışmayın, birbaşa sizi incidən insana danışın, ama hər kəsə danışıb sizin üçün xüsusi olan şeyləri adiləşdirməyin. Bir şeyi çoxluq biləndə bunun sıradan gündəlik eşitdiyimiz informasiyadan çox da fərqi qalmır. Beyninizdə hər şeyi düşünməyin, sizin düşüncələriniz sizdə qalır, əgər bir insana qarşı düşüncəniz varsa, çalışın sizə addım atmayan heç kəsə düşüncə