Dünyayı anlamak için bazı bazı ona sırtımızı dönmemiz gerekir; insanlara daha iyi yardım edebilmek için bir an onları kendimizden uzak tutmamız gerekir.
İnsanların həyatı niyə belədir? Biri qəddardır, o biri xeyirxah? Niyə axı xoşbəxtlər və bədbəxtlər var? Niyə elə adam var ki, hamı ondan qorxur, eləsi də var ki, heç kəs ondan qorxmur? Niyə birinin uşağı var, başqasının yox? Niyə biri başqasının maaşını kəsə bilir?
Özü də söhbətə aludə olub, fikrə getdi: birdən adam durduğu yerdə xoşbəxt ola və başqalarına da xoşbəxtlik bəxş eləyə bilə! Bütün ömrü boyu belə yaşayasan. Hə, bax belə - indi bu saat olduğu kimi. Lakin həyat belə deyil, xoşbəxtliklə yanaşı qəlbinə, həyatına, əzəli, israrlı bir bədbəxtlikdə soxulur və daim pusquda dayanır.