-Sizi inandırıram,-dostum təbəssümlə dedi,-özümü həmişə başqalarının sözünə əsasən yaranan yanlış fikirlərdən qoruyuram.Mən baxış bucağımı sərbəst seçirəm.
Hastinqs,gizlətməli nəyisə olan adam üçün söhbət etməkdən təhlükəli heç nə yoxdur!Bir müdrik Françızın mənə dediyi kimi,insan söhbəti düşünməmək üçün icad edib.Eyni zamanda insanın nəyi gizlətdiyini müəyyənləşdirmək üçün əla vasitədir.Hastinqs,insan məxluqu özünü iç dünyasını açmaq və özünü ifadə etmək imkanından saxlaya bilmir,məhz bu imkanı da ona söhbət verir.Beləliklə,insan özünü ələ verir.