Seçilmiş Əsərləri kitabında Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" poemaları yer alır. "İtirilmiş cənnət" daha geniş, daha çox təsvirli və süjet xətti daha zəngin olan bir əsərdirsə, "Qaytarılmış cənnət" bu perspektivlərdə müəyyən qədər geri qalır. Ümumilikdə hər iki poema üçün dəyərləndirməm aşağıdakı kimidir:
1. "İtirilmiş cənnət" (poema) — 7.0
2. "Qaytarılmış cənnət" (poema) — 5.2
Bu kitab üçün ortalama dəyərləndirməm: 6.1
Seçilmiş ƏsərləriJohn Milton · Bakı, Şərq-Qərb Nəşriyyatı · 20131,438 okunma
Mən öləndən sonra məni xatırlayacaqsan? Bilirəm ki, xatırlayacaqsan. Amma illər keçəcək, ürəyin soyuyacaq, ruhuna qış çökəcək və sən məni unudacaqsan, Zina!
Seçilmiş Əsərləri kitabında milliyyətcə yəhudi olan, lakin sonradan fransız təbəəliyini qəbul etmiş yazıçı Andre Moruanın 1 romanı və 14 hekayəsi yer alır. Həmin roman "Yad qadına məktublar"dır və deyərdim ki, XX əsrin 50-ci illərində yazılmasına baxmayaraq, oradakı cümlələr, fikirlər və ideyalar bu günümüz üçün də keçərlidir. Bu əsər ən çox sevdiklərimdən oldu. Həm bu romanın, həm də digər hekayələrin fərdi dəyərləndirməsi aşağıdakı kimidir:
1. "Yad qadına məktublar" (roman) — 9.0
2. "Balzakın günahı ucbatından" (hekayə) — 8.8
3. "Bir karyeranın tarixçəsi" (hekayə) — 7.8
4. "Vəsiyyətnamə" (hekayə) — 7.8
5. "Məşhurluğun yaranması" (hekayə) — 7.6
6. "Çərşənbə gününün bənövşələri" (hekayə) — 7.6
7. "Bioqrafiya" (hekayə) — 7.6
8. "Qızıl pulun qarğışı" (hekayə) — 7.6
9. "Neyi yarmarkası" (hekayə) — 7.4
10. "Kilsə" (hekayə) — 6.8
11. "Love in Exile" (hekayə) — 6.6
12. "Bacım, Ariadna" (hekayə) — 6.4
13. "Mirrina" (hekayə) — 5.6
14. "Axşamın xeyir, gözəlim" (hekayə) — 5.6
15. "Qarışqalar" (hekayə) — 4.8
Bu kitab üçün ortalama dəyərləndirmə xalım: 7.2
Seçilmiş ƏsərləriAndre Maurois · Şərq-Qərb Nəşriyyatı · 20139 okunma