Seçilmiş Əsərləri kitabında fransız yazıçısı Prosper Merimenin 2 novellası və 4 povesti yer alır. Prosper Merimenin adını ilk dəfə azərbaycanlı rejissor Tofiq Tağızadənin "Mateo Falkone" adlı qısametrajlı filmindən eşitmişdim. Lakin eyniadlı filmin nəsr versiyasını oxuduğum zaman, düzü, bir az təəccübləndim. Povestin konsepti, inkişaf xətti və üslubu maraqlı olsa da, sonluğu çox sıradandır. Həm "Mateo Falkone", həm də kitabda yer alan digər əsərlər üçün dəyərləndirmələrim aşağıdakı kimidir:
1. "Karmen" (povest) — 8.0
2. "Məhəbbət ilahəsi" (povest) — 8.0
3. "Etrusk vazası" (povest) — 7.6
4. "Mateo Falkone" (novella) — 7.4
5. "Tamanqo" (povest) — 7.0
6. "İstehkamın alınması" (novella) — 6.0
Bu kitab üçün ortalama dəyərləndirmə xalım: 7.3
Seçilmiş Əsərləri kitabında Oskar Uayldın 1 romanı, 2 pyesi və 2 nağılı yer alır. Müəllifin daha öncə "Xoşbəxt şahzadə" adlı nağıllar toplusunu "3 alma" nəşriyyatından oxumuşdum. Lakin romanı və pyesləri ilə tanış olduqdan sonra onu daha yaxından tanımaq imkanım oldu. Mənim üçün dünya ədəbiyyatında üslubu ilə fərqlənən yazıçıların siyahısında yerini tutdu. Əsərlər üzrə dəyərləndirmə xallarım aşağıdakı kimidir:
1. "İdeal ər" (pyes) — 8.4
2. "Dorian Qreyin portreti" (roman) — 8.2
3. "Sadiq dost" (nağıl) — 7.2
4. "Xoşbəxt şahzadə" (nağıl) — 7.2
5. "Diqqətdən kənar qalan qadın" (pyes) — 5.8
Bu kitab üçün ortalama dəyərləndirmə xalım: 7.4