Fuad Ali

Cerom Devid Selincer. Seçilmiş əsərləri
3/10
·488 syf.··
2024 44. kitabı
·
11 günde okudu
·
Okunma: 28 Aralık 2024 22:59
Seçilmiş ƏsərləriSeçilmiş Əsərləri kitabında amerikalı yazıçı Cerom Devid Selincerin 1 romanı, 2 povesti və 9 hekayəsi yer alır. Bunlardan "Çovdarlıqda uçurumdan qoruyan"ı daha öncə "Qanun" nəşriyyatından oxuduğum üçün təkrar oxumadım. Qalan əsərlərdə isə heç bir normal süjet xətti, bədii quruluş, eləcə də məna tapa bilmədim. Selincerin üslubunu "Çovdarlıqda uçurumdan qoruyan" romanı ilə bəyənsəm də, bu kitabı oxuyandan sonra fikirlərim 180 dərəcə dəyişdi. Kitabdakı povest və hekayələr çox bəsit, xaotik və anlamsız quruluşa malik idi. Elə bu səbəbdən də, dəyərləndirmə zamanı 1 roman və 1 hekayə istisna olmaqla, digər bütün əsərlər çox aşağı xallar aldı: 1. "Çovdarlıqda uçurumdan qoruyan" (roman) — 7.6 2. "Teddi" (hekayə) — 7.2 3. "Dülgərlər, qaldırın taxtabəndləri" (povest) — 4.8 4. "Domye-Smitin mavi mövsümü" (hekayə) — 4.4 5. "Güləyən adam" (hekayə) — 3.4 6. "Fenni" (povest) — 2.4 7. "Banan balığının asan ovlanan günü" (hekayə) — 1.8 8. "Esmeyə — həm sevdalı, həm də murdar" (hekayə) — 1.2 9. "Pənbə göyçək dodaqlar və o yaşılı gözlər" (hekayə) — 1.0 10. "Topal dovşanın Konnektikat səfəri" (hekayə) — 0.8 11. "Eskimoslarla müharibədən azca qabaq" (hekayə) — 0.4 12. "Qayıqda" (hekayə) — 0.4 Kitab üçün ümumi dəyərləndirmə xalım: 3.0
2024 Okuma Raporları
Seçilmiş ƏsərləriJ. D. Salinger · Bakı, Şərq-Qərb Nəşriyyatı · 20098 okunma

Fuad Ali

, bir kitap okudu
3/10
·488 syf.··
11 günde okudu
·
Okunma: 28 Aralık 2024 22:59
·
2024 44. kitabı
J. D. Salinger
7.7/10 · 8 okunma
Nikolay Qoqol. Seçilmiş əsərləri
7/10
·336 syf.··
Beğendi
·
2024 42. kitabı
·
11 günde okudu
·
Okunma: 12 Aralık 2024 20:22
Seçilmiş ƏsərləriSeçilmiş Əsərləri kitabında Nikolay Qoqolun 4 povesti və 1 komediyası yer alır. Hər bir əsərin ayrı-ayrılıqda maraqlı süjet xətti və diqqətçəkən məqamları var. Əsərlər üzrə dəyərləndirmə xallarım aşağıdakı kimidir: 1. "Müfəttiş" (komediya) — 8.0 2. "Taras Bulba" (povest) — 7.6 3. "Viy" (povest) — 7.6 4. "Şinel" (povest) — 7.0 5. "İvan İvanoviçin İvan Nikiforoviçlə dalaşması haqqında povest" (povest) — 6.8 Buradakı əsərlərdən birini — "Şinel"i daha öncə Zahid Sarıtorpaq tərcüməsində "Parlaq imzalar" nəşriyyatından alıb oxumuşdum. Bu kitabdakı tərcümə isə Mikayıl Rzaquluzadəyə aiddir. Bəlkə də, redaktə-korrektə proseslərindən asılıdır, amma mən daha çox Zahid Sarıtorpaq tərcüməsini bəyənmişdim. Bu kitab üçün ortalama dəyərləndirmə xalım: 7.4
2024 Okuma Raporları
Seçilmiş ƏsərləriNikolay Gogol · Bakı, Şərq-Qərb Nəşriyyatı · 200923 okunma
Dostluq, Zaman və Məkan
Əgər dostluğumuz zaman və məkan kimi şərtiliklərdən asılıdırsa, deməli, biz öz qardaşlığımızı zaman və məkana ram olduğumuz həmin an dağıtmış olacağıq. Amma məkana üstün gəldiyimiz zaman tərk etdiyimiz yeganə yer — Buradır. Zamanı adladığımız zaman isə biz, sadəcə, İndini tərk etmiş oluruq. Doğrudanmı, elə fikirləşirsən ki, "İndi" və "Bura" adlanan şeylərin aralığında bir-iki dəfə görüşə bilməyəcəyik?
Sayfa 330 - "Dünya yazıçılarının nağılları antologiyası", "Şərq-Qərb" nəşriyyatı, "Conatan Livinqston adlı qağayı", Riçard Bax·Kitabı okudu
Alıntı