Nə isə, çox şükür ki, bu atom bombasını kəşf etdilər. Əgər bir də müharibə başlasa, mən gedib o bombanın düz üstündə oturacağam. Könüllü surətdə. Allaha and olsun!
Məsələ ondadır ki, bu qızların, bir oğlan xoşuna gəldi, qurtardı getdi, istəyir o milyon qat əclaf olsun, yenə də deyəcəklər ki, onda utancaqlıq kompleksi var. Yox əgər, xoşları gəlmirsə, o oğlan nə qədər yaxşı, nə qədər utancaq olsa da, dəxli yoxdur, yenə də deyəcəklər ki, ondan yekəxanası yoxdur. Hətta ağıllı qızlar da belədir.
Bilirsiniz, bir adam bir işi həddən artıq gözəl bilirsə, onda o hər dəfə özünə nəzarət eləməsə, başlayır öz bacarığını gözə soxmağa. Bununla da hər şey korlanır.