Akademik təhsilin sənə bir xeyri dəyə bilər. Əgər bu dərslərlə ciddi məşğul olsan, onda öz əqlinin gücünü yaxşı bilərsən. Bilərsən ki, onun gücü nəyə çatar, nəyə yox. Hətta bir müddətdən sonra əqli imkanlarının hansı düşüncə tərzinə daha müvafiq olduğunu da öyrənə bilərsən. Bunun da sənə o xeyri olar ki, öz əqli imkanlarına uyğun gəlməyən hər hansı bir düşüncə formasını zorla özünə qəbul etdirməkdən uzaq qaçarsan. Yəni sən öz əqlinin əsl ölçülərini dəqiq biləndən sonra, ona məhz həmin ölçüdə paltar biçdirəcəksən...
İnsanda kallıq, qeyri-yetkinlik əlaməti onun hər hansı bir iş uğrunda fədakarcasına qurban getmək istəməsi, yetkinlik əlaməti isə bu iş naminə yaşamaq istəməsidir.