Anamın ikicə gün bundan qabaq göndərdiyi konkiləri çamadana qoyanda qəhərləndim. Anam neçə idman malları mağazasına ayaq döyüb, bu konkiləri almaq üçün satıcılara min cür dil töküb, mənsə yenə də məktəbdən qovulmuşam. Lap gözlərim yaşardı.
- Həyat həqiqətən də bir oyundu, oğul. Elə bir oyun ki, gərək onun qaydalarına tabe olasan.
Söz tapıblar da. Oyundu. Yox bir... Yenə güclü olan tərəfə düşsən bir təhri var, onda doğrudan da deyərsən ki, oyundu, mən razı. Bəlkə, o biri, zəif olan tərəfə düşdün, bəs onda necə olsun? Onda ip də getdi, it də! Elə şey yoxdur.