Gülnara

Gülnara
101 okur puanı
Ekim 2023 tarihinde katıldı
8/10
·176 syf.··
2026 10. kitabı
·
5 saatte okudu
·
Okunma: 26 Mayıs 2026 22:42
“Artıq dağlara heç vaxt qayıtmayacağam! Balıq olaraq qalım daha yaxşıdır! Balıq olaraq qalım daha yaxşıdır! Balıq olaraq…” Çantasıyla, dürbünüylə dost olan, dərdini onlara danışan, ağ gəmini gözləyən, Mümin babasının danışdığı əfsanələrlə yaşayan həyat dolu bir uşaq idi o. Yaşadığı hər şeyə baxmayaraq, qəlbi ümidlə dolu idi. Oxuduqca o qəlbi çox sevdim. Mən də onun kimi ağ gəmini gözlədim. Maral Anaya mən də inandım. Ağ gəmi əsəri insanın saflığı, uşaqlıq dünyasının təmizliyi və böyüklərin qəddarlığı arasında olan ziddiyyəti çox təsirli şəkildə göstərir. Əsərin əsas mesajlarından biri budur ki, insan içindəki mərhəməti və vicdanı itirəndə ruhən məhv olur. Əsərdə hər bir obrazın müəyyən bir mənası var. Balaca oğlanın bir adı yoxdur, çünki ata-anasından ayrılmış, tərk edilmiş, oxumaq üçün hər şeyi edən bütün uşaqları təmsil edir. Ya da, oxuyarkən nifrət etdiyimiz Orozqul öz millətinə üz çevirib başqa xalqın qulu olan bir obrazdır və heç vaxt uşağı olmayacaq. Yazar göstərir ki, bu cür kimliyini unudanların davamı olmayacaq bir gün bu sistem dağılacaq…
Ağ GəmiCengiz Aytmatov · Altun Kitab · 202287,3bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
8/10
·99 syf.··
2026 5. kitabı
·
2 saatte okudu
·
Okunma: 13 Mart 2026 12:52
Əsər Azərbaycan - Ermənistan müharibəsi fonunda baş verən hadisələri qələmə alır. Öncəliklə onu qeyd etməliyəm ki, əsər güclü emosional təsir gücünə malikdir. Bu günə kimi çox əsər məndə dərin iz buraxıb, amma Mənim Erməni OğlumMənim Erməni Oğlum qədər o ağrıları, qorxunu, çarəsizliyi hiss etdiyim Əli SəmədliƏli Səmədli’ in “ Qanlı Bənövşə” hekayəsi olmuşdur. Əsərin əsas mövzusi millət və düşmənçilik daha çox insanı dəyərlərə yönəlir. Xocalı hamımızın qəlbində qanayan yaradır, orada baş verən hadisələrdən sonra biz hamımız Xocalılı, Qarabağlı, Azərbaycanlıyıq, amma mən düşünməzdim ki, əsirlikdəki günlər azad olunduqdan sonra daha betər halda öz doğmaların, millətinin insanları tərəfindən başına gətirilsin. Bir daha anladım ki, müharibədə zərər çəkən tərəf qadınlardır.
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0194 okunma
10/10
·104 syf.··
Beğendi
·
2025 114. kitabı
·
6 saatte okudu
·
Okunma: 03 Ekim 2025 21:36
Əsər 5 yaşında anası ilə birlikdə qadın həbsxanasında olan Barışın ən yaxın dostu İncinin təxliyə olunması ilə başlayır. Barış üçün İnci yeganə sığınacaqdı, anasından daha çox vaxt keçirdiyi, oynadığı və öyrəndiyi insandır. Əsər Barışın İnci üçün yazdırdığı məktublardan ibarətdir. Romanı oxuduqda sanki dönüb 5 yaşında uşaq olursan, eyni hissləri yaşayırsan. Hər səhər ayılıb səmaya baxdıqda ucsuz- bucaqsız gördüyümüz səmanın bir insan üçün hələ ki bir uşaq üçün nə qədər uzaq, nə qədər kiçik, nə qədər baxılmağa həsrət olduğunu gördükdə dərk edirik əlimizdə olub da qiymətini bilmədiklərimizi... Fəridə Çiçəkoğlu özü 4 il müddətində komunizim propagandası aparmaqda təqsir bilinərək azadlıqdan məhkum edilib. Tam olaraq da bu hadisə ilə bağlı kitabda çox gözəl bir hissə var anti komunizimlə bağlı cəza evi kitabxanasından götürülmüş kitab polislər tərəfindən yandırılır və yazar bildirir " onlar haqlıdı anti- komunizim olsada içərisində komunizim adı çəkilir" :) Bizlərə kitab oxumaq, danışmaq hətta düşünmək belə günahdır əks təqdirdə " vicdan məhkumu" , " düşüncə məhkumuna" çevrilə bilərsən.
Uçurtmayı VurmasınlarFeride Çiçekoğlu · Can Yayınları · 202417,2bin okunma
7/10
·144 syf.··
2025 107. kitabı
·
14 saatte okudu
·
Okunma: 28 Eylül 2025 09:50
" Qışın sükutu ilə qadının sükutu arasında qəribə bir oxşarlıq vardı- ikisidə danışmadan çox şey deyirdi". Qarlar ölkəsi romanının əsas məzmunu insanın ruhi tənhalığı, insanlar arasındakı münasibətlərlə təbiət arasındakı qarşılıqlı əlaqədir. Əsər Yaponiyanın şimal bölgəsindəki qarla örtülü dağ kəndinə gələn şəhərli kişi ilə ( Şimamura) burada yaşayan gənc geyşa ( Komako) arasındakı sevgi münasibəti təsvir olunmuşdur. Romanı simvolika baxımında Qumluqdakı QadınQumluqdakı Qadın əsəri ilə bənzətdim. Əgər Qumluqdakı QadınQumluqdakı Qadın əsərində qum hər şeyi özünə çəkib bir sözlə " udurdusa" bu əsərdə qar daxili tənhalığı, soyuqluğu bildirirdi. Şimamura və Komako arasındakı sevgi nə qədər isti olsa da, ətrafdakı soyuq qar onların münasibətinin davam edə bilməyəcəyini bizə göstərir. Eyni zamanda qar saflıq və təmizliyə də bir nişanə idi, sanki Komakonun sevgisinin ruhunun və saf sevgisinin təmsilçisi idi. Qar simvolu ilə müəllif oxucuya insan həyatının soyuq, sükutlu və faniliyə məhkum tərəflərini hiss etdirir.
Karlar ÜlkesiYasunari Kawabata · Can Yayınları · 2022722 okunma
8/10
·128 syf.··
Beğendi
·
2025 101. kitabı
·
1 saatte okudu
·
Okunma: 20 Eylül 2025 11:13
"... gah elektrik lampasının parlaq işığ, gah da neft lampasının titrək işartısı.. Qonsu evin işıqları sönmürdü". Cəmilə Məmmədlinin " Qonşu evin işıqları" əsəri müasir Azərbaycan hekayəçiliyində psixoloji dərinliyi və nostalji duyğusu ilə seçilən nümünədir. Əsərdə müxtəlif hekayələr və bir povest yer almışdır. Hansı ki təhlilim daha çox bu povestə əsaslanır, elə kitaba da adını verən " Qonşu evin işıqları" povesti Əsər iki uşağın bir- birinə dostluq meylindən söz açır. Əsərin əsas qəhramanının dilindən danışılan bu hekayədə biz onun uşaqlığına, itirilmiş məsumluğuna həmçinin tənha bir insanın daxili dünyası və xatirələri ilə üz- üzə qalmasına şahid oluruq. Əsərin baş qəhrəmanı anası və nənəsi ilə yaşayan çox sərt bir ailə mühitində böyüyən bir qızdır, hansı ki kənd yerində onlara gülmək belə haram sayılır. Birdə digər tərəfdən onunla yaşıd Ləman var , Ləman tam da onun istədiyi həyatı yaşayan bir qızdı. Əsərdə xüsusilə Ləmanın anası " Dilarə xala" dan söhbət açılır əslində bütün qohum qonşu onu əxlaqsız adlandırsa da, biz bir uşağın gözü ilə görüb bu qadının mehribanlığına, xoş nəvazişinə və gülər üzünə aşıq oluruq. Əsər elə bir zaman və məkanda baş verir ki, qızlar 9 illik təhsildən sonrakı təhsilin var olduğundan oxuyub hərhansısa bir peşəyə sahib ola biləcəklərindən xəbərsizdirlər. Əsər qısa olmasına baxmayaraq dövr üçün və bizim üçün o qədər əhəmiyyətli məsələlərə çox incə detallarla toxunur ki... bu iki qızın dostluğu hətta sadəcə danışması belə insanlara faciə kimi gəlir halbuki Ləmanın da əsas obrazında burada bir günahı yoxdur. Əsərdə xüsusilə diqqət çəkən bir obrazda atadır. Qızın illərlə görmədiyi döndükdən sonra da heç cür bağ qura bilmədiyi ata.. heç ata da bağ qurmağa meyl göstərmir doğurdan da" gözdən iraq olan könüldən də iraq olar" fikri keçdi
Qonşu Evin İşıqlarıCəmilə Məmmədli · Elm və Təhsil Nəşriyyatı · 20159 okunma