- Sən belə bir rəssam tanıyırsan,Kovalikadze?
- Eşitmişəm. Necə məgər?
- Qulaq as, müharibə vaxtı almanlar Fransanı zəbt edəndə onun işləri itir. Bütün ümidini itirən rəssam 20 ildən sonra onları nəhayət tapır. Ona elə gəlir ki, gəncliyi qayıdıb. Elə bilirmiş ki, itən əsərləri bütün bu
vaxtı yuxusuna girib.
Sən də mənim yuxuma girirdin... Sən...
Əgər, mən indi həmin o illəri təzədən yaşasaydım...
"Gün keçdi" filmindən